525.Az

Kazandakı "Qul-Şərif" məscidində Azərbaycana qarşı erməni təxribatı


 

Kazandakı "Qul-Şərif" məscidində Azərbaycana qarşı erməni təxribatı<b style="color:red"></b>

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıblar.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən "Qul-Şərif" məscidində yerləşən muzeydə Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adı altında verildiyi orta əsrlər dövrünü əks etdirən xəritə nümayiş olunub.

Məlum faktı Sankt-Peterburqda yaşayan azərbaycanlı hüquqşünas Ramin Novruzov üzə çıxarıb.

O, separatçı ermənilərin təxribatı ilə bağlı "Qul-Şərif" məscidinin məsul şəxslərinə və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ünvanladığını bildirib.

 





29.04.2019    çap et  çap et