525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 27-nə gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın  Lent.az-a verdiyi  məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna olunmur. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-18 dərəcə,  gündüz 21-26 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 27-də  hava əsasən   yağmursuz olacaq.  Lakin gecə və səhər Lənkəran-Astara zonasında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb kləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında gecə 13-18  dərəcə, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti gözlənilir.
 
Sentyabrın 26-dan 29-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü xəzri və gilavar küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.
 





26.09.2013    çap et  çap et