525.Az

Çin kosmosa iki peyk çıxardı


 

Çin kosmosa iki peyk çıxardı <b style="color:red"></b>

Çin iki “Tyanxuey-2” elmi-tədqiqat peykini orbitə çıxarmağa müvəffəq olub.

ONA TASS-a istinadən xəbər verir ki, peyklər, əsasən, geodezik tədqiqatlar və xəritəçekmə işlərində istifadə olunacaq.

Çin aerokosmik elmi və texnikası korporasiyasından (CASC) bildiriblər ki, peyklər Tayyuan kosmodromundan “Çandjen-4b” raketi ilə kosmosa buraxılıblar.

Çin özünün milli kosmik proqramını aktiv inkişaf etdirir və 2020-2025-ci illərdə Mars planetinin tədqiqinə başlamaq niyyətindədir.

 





30.04.2019    çap et  çap et