525.Az

Stiv Jobsun 30 il əvvəl basdırdığı kapsul tapıldı (Foto)


 

Stiv Jobsun 30 il əvvəl basdırdığı kapsul tapıldı<b style="color:red"> (Foto)</b>

“Apple” şirkətinin qurucusu Stiv Jobsun 30 il əvvəl yoldaşlarıyla birlikdə torpağa basdırdığı “zaman kapsulu” tapılıb.

Sənədli filmləri və verilişləri ilə məşhur olan “National Geographic” telekanalında yayımlanan “Diggers” adlı proqramın müəllifləri 10 ildir axtarılan kapsulu Aspen şəhəri yaxınlığındakı bir tarlada tapıblar. Dörd metrlik böyük balonun içinə yerləşdirilən kapsulda ilk nəzərə çarpan Stiv Jobsun qızının adını qoyduğu  və satışa təqdim edilən ilk komputer “siçan”ı olan “Lisa Mouse” olub. Siçanın işlək vəziyyətdə olduğu bildirilib.

Stiv Jobsun və dostlarının 1983-cü ildə Aspendə beynəlxalq dizayn konfransına qatıldıqdan sonra kapsula öz vizit kartları, şəkilləri, Aspen şəhərinin ilk 3 ölçülü xəritəsini özündə əsk etdirən videokaseti yerləşdirib. Bundan başqa, kapsulla birgə torpağa bu balonu tapacaq şəxslərə mükafat kimi altı şüşə pivə də basdırılıb.

Vəfa MƏMMƏDLİ

 





26.09.2013    çap et  çap et