525.Az

ATƏT bürosunun aralıq hesabatına Avropa təşkilatından etiraz


 

ATƏT bürosunun aralıq hesabatına Avropa təşkilatından etiraz<b style="color:red"></b>

AVROPA STRATEJİ KƏŞFİYYAT VƏ TƏHLÜKƏSİZLİK MƏRKƏZİ: “BELƏ MÖVQE OBYEKTİV TƏHLİLDƏN DAHA ÇOX DƏYƏRLƏNDİRMƏ MÜHAKİMƏSİ KİMİ GÖRÜNÜR” 

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatını təhlil edib və hesabatın əsassız olduğunu üzə çıxarıb.

ASKTM-in bununla bağlı qeydlərində bildirilir ki, son illərdə Azərbaycanda siyasi vəziyyət böyük diqqətlə izlənilir. Ölkənin indiki vəziyyəti və gələcəyi bir çox aspektlərdə Qərb ölkələrinin siyasi və iqtisadi xadimlərində böyük maraq doğurur. Azərbaycan neft və təbii qaz ehtiyatlarına, eyni zamanda, dövlət ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalının təsirlərini dinc yolla aradan qaldırmaq sahəsindəki bacarıqlarını nümayiş etdirdiyinə görə daha çox mühüm işgüzar tərəfdaşa çevrilməkdədir. Qeyd etmək lazımdır ki, sülh siyasəti Cənubi Qafqaz regionunda, hətta bütövlükdə Qafqaz regionunda müstəsna haldır, lakin şübhəsiz, bu siyasət Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyindən imtina etməsi anlamına gəlmir.

2011-ci ilin payızında ASKTM-nin Bakıda daimi ofisini açdığı bildirilərək, ekspertlər komandasının bir sıra aidiyyəti missiyalar icra etdiyi qeyd edilib. Təşkilat növbəti missiyasının 2013-cü il oktyabrın əvvəlinə planlaşdırdığını və oktyabrın 9-da prezident seçkilərində ölkədə müşahidə missiyasını icra edəcəyi bildirilib: “Seçki ilə bağlı sorğularımız, eləcə də ekspertlərimizin Azərbaycan Respublikasının lehinə, yaxud əleyhinə olmasından asılı olmayaraq, topladığı məlumatların təhlilindən sonra belə nəticəyə gəldik ki, ölkə Avropa İttifaqı ölkələrinə bənzər demokratik ruhlu sistemə sadiq “müsbət idarəçilik” modelidir. ASKTM 9 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının cari vəziyyəti barədə ictimai hesabat yayımladı. Bu sənədin hazırlanması məqsədilə digər mənbələrdən başqa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun sənədlərini çox diqqətlə araşdırdıq. ATƏT/DTİHB-nin missiyasının (ehtiyacların qiymətləndirilməsi missiyası) hesabatına dair fikirlərimizi artıq 2013-cü ilin iyununda bildirmişik. ATƏT/DTİHB oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatını dərc etdirib. Biz sənədləri çox diqqətlə oxuduq və bəzi qeydlərimiz var. Əvvəla qeyd etməliyik ki, ASKTM ATƏT/DTİHB-nin Bakı ofisinin nümayəndələri ilə təkrarən görüşməyə çalışsa da, müraciətlərimiz indiyə kimi cavabsız qalıb.  ATƏT/DTİHB ilk aralıq hesabatında iki dəfə göstərir ki, 2010-cu ildə keçirilmiş seçkilərdə şikayətlər barədə qərar çıxarılması müddəti istisna olmaqla, Azərbaycan hakimiyyət qurumlarına verdiyi digər tövsiyələr icra edilməyib. Bu iddia diqqətimizi cəlb etdi. Azərbaycan ATƏT-in 57 üzv dövlətindən biridir və onun təşkilatın ekspertlərinin az qala bütün tövsiyələrini rədd etməsi əməkdaşlığın olmamasının açıq-aşkar sübutu olardı. Yoxlanışlardan sonra aşağıdakı tövsiyələrin ciddi və rəsmi icra edildiyini aşkar etdik: İnkluziv namizəd qeydiyyatı prosesini təmin etmək; Dinc sərbəst toplaşma və ifadə azadlığı kimi əsas azadlıqlara hörmət edilən təşviqat müddətinə icazə vermək; Seçki Məcəlləsi təmin etməlidir ki, yalnız müraciətlərin son tarixi bitdikdən və bütün müraciətlərə məhkəmələrdə baxıldıqdan sonra MSK yekun nəticələr protokolunu hazırlasın və təsdiq üçün Konstitusiya Məhkəməsinə ötürsün; MSK cari iş təcrübəsini və xüsusilə, administrasiyası ilə işlərin bölüşdürülməsinə dair prosedur qaydalarını nəzərdən keçirməli və MSK-nın bütün üzvlərinin işləmək üçün zəruri məlumat və materialları əldə etdiyini təmin etməlidir; Səsvermənin bərabərliyini təmin etmək məqsədilə seçki dairələrinin sərhədləri Seçki Məcəlləsinin 29.3.1-ci maddəsində tələb olunan qaydada yenidən elə çəkilməlidir ki, qeydiyyatlı seçicilərin sayında xətalar minimuma ensin və dairənin ölçülərində əhəmiyyətli xətalarla bağlı bir neçə cari hallar baş verməsin; MSK aşağı instansiya komissiyalarının fəaliyyətini təkmilləşdirmək məqsədilə vaxtında tənzimləmələr qəbul etməli və həmin komissiyalara zəruri effektiv təlimlər keçməlidir; Namizədliyin ləğvi müddəaları ləğvin səbəblərini azaltmağı nəzərdə tutaraq nəzərdən keçirilə bilər, belə ki, bu səbəblərin bəzisi qeyri-mütənasibdir; Seçki Məcəlləsinin 77, 80 və 83-cü maddələrinə düzəlişlərin edilməsinə baxıla bilər; Yerli və beynəlxalq müşahidəçilərin seçki günü prosedurlarını izləmək hüququ təmin edilməlidir; MSK bir neçə dairədə səsverməyə qarşı mühüm zəmanət olan barmaqların mürəkkəblənməsi prosedurunun ciddi və birmənalı şəkildə seçki komissiyası tərəfindən icra edildiyini təmin etməlidir; Səsvermənin gizliliyinə riayət edilməsini təkmilləşdirmək üçün səylər göstərilə bilər”.

ATƏT/DTİHB 2008-ci il prezident seçkilərində tövsiyələr siyahısı hazırlayıb. Biz hərtərəfli araşdırmadan sonra aşağıdakı tövsiyələrin artıq icra edildiyini aşkarladıq: “Bütün təlimat və qaydaların (təsdiqlənmiş) ölkə ərazisində vahid formada tətbiqini təmin etmək üçün bu tövsiyə və qaydalar MSK tərəfindən aşağı seçki komissiyalarına lazımi qaydada çatdırılmalıdır; MnSK-lar üçün xüsusi diqqət hesablama prosedurlarına və nəticələr protokollarının doldurulmasına aid qaydaların onlar tərəfindən qavranılması və əməl olunmasına yönəlməlidir; MSK-nın iclasları üçün gündəlik və materiallar Seçki Məcəlləsinin 19.8-ci maddəsinə uyğun şəkildə vaxtında paylanmalıdır; Seçici siyahılarının tərtibatına aid aydın təkmilləşdirmə işləri aparılsa da, onların dəqiqliyini yaxşılaşdırmaq üçün əlavə səylər göstərilməlidir; MSK DSK və MnSK-lara təlim verilə bilər ki, onlar seçicinin qeydiyyatdan çıxmaq kartlarını verdikdə, qeydiyyatı ləğv olunmuş seçicilərin şəxsiyyət vəsiqəsinin seriya və rəqəmli nömrəsi həmin kartların üzərində qeyd olunsun; Bu seçkilərdə yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxilə halları azalsa da, tövsiyə olunur ki, Azərbaycan Respublikasının hakimiyyət orqanları, o cümlədən Prezident Administrasiyası və MSK bu sahədə qalan nöqsanları aradan qaldırsınlar; MSK kampaniya zamanı Milli Televiziya və Radio Şurası ilə əməkdaşlıq edərək, seçki məcəlləsinin media ilə bağlı müddəalarına əməl edilməsini, o cümlədən dövlətin mülkiyyətində olan və ya maliyyələşdirdiyi mediada seçki iştirakçılarının xəbərlərdə bərabər şəkildə işıqlandırılmasını təmin etməlidir; MSK və MİSK səviyyəsində ekspert qrupları ilə bağlı mövcud sistem saxlandığı təqdirdə, həmin qruplar xarici hüquqşünaslar və digər ekspertlərdən ibarət olmalıdır; Hər hansı bir rəylə razılaşmadığı halda, digər ekspertlər fərqli rəy təqdim etmək hüququna malik olmalıdırlar və həmin rəy sonradan MSK tərəfindən də müzakirə olunmalıdır; MSK-da ekspert qrupu ilə media üzrə işçi qrupu arasında səlahiyyətlərin bölünməsi aydınlaşdırılmalıdır; Yerli bitərəf müşahidə qruplarının tam azad şəraitdə işləməsinə icazə verilməlidir; İstənilən mümkün yerdə təmin oluna bilər ki, müvafiq DSK-lar tərəfindən seçilən seçki məntəqəsinin yerləri bu məqsədə, xüsusən də ölçü, yerləşdirilmə və çıxış yollarına münasib olsun; Seçki məntəqələrində veb-kameraların istifadəsi davam etdirilərsə, bu, Seçki Məcəlləsi ilə tənzimlənməlidir; Ailə səsverməsi məsələsinin həll edilməsi ilə bağlı cəhdlər edilməlidir, çünki bu təcrübə səsvermənin gizliliyi və toxunulmazlığını sarsıdır. Bu məqsədlə seçici maarifləndirilməsi kampaniyaları və seçki komissiyalarına təlim keçirilməsi daxil olmaqla, bir sıra tədbirlər görülə bilər.

Azərbaycan Respublikası hakimiyyətinin 2008-ci ildən bəri ATƏT/DTİHB-nin 25 tövsiyə siyahısını icra etməsi ölkənin demokratik seçki prosesinin ən tələb olunan standartlarına cavab vermə istəyini aydın nümayiş etdirir”.

ASKTM-ın rəyinə görə, aralıq hesabatda ATƏT/DTİHB Azərbaycan Respublikasının mətbuat azadlığını sual altına qoyur: “Hazırda ölkədə olan müşahidə missiyası (SMM) prezident seçkilərinə müxtəlif namizədlərin mediaya bərabər çıxışının olmasını yoxlamaq üçün altı televiziya kanalı və beş qəzetdə müxtəlif keyfiyyət və kəmiyyət monitorinqi aparacaq. Bu monitorinq 4 sentyabrda başlamışdır və biz indi cavabları gözləyirik. SMM 11 monitorinq keçirilmiş medianın seçilmə meyarlarını təqdim etsəydi, maraqlı olardı. Həqiqətən nəzərə alınmalıdır ki, media, xüsusilə, televiziya dövlət və özəl kanallardır.

Xatırladaq ki, bütün ölkə boyu yayım etmək üçün lisenziya almış özəl kanallar sayəsində son illərdə media mənzərəsi nəzərçarpan dərəcədə genişlənib. Əlbəttə, müşahidə missiyasının nəticələrini əldə etməmiş bu barədə hər hansı rəy bildirmək tezdir. ATƏT/DTİHB-nin birinci aralıq hesabatında qaldırılmış digər bir məsələ anonim əlaqələrin 8 jurnalistin fikir azadlığına görə həbsdə olması barədə şahidlik etməsidir. Bu 8 jurnalistin şəxsiyyəti ATƏT/DTİHB tərəfindən açıqlanmayıb. Həbs edilmiş jurnalistlərə gəldikdə, müsbət media yayımını nəzərə alsaq, bu ehtiyatlanma istəyi təəccüb doğurur.

Öz növbəmizdə, biz hazırda həbsdə olan və ya rəsmi ittiham olunan doqquz jurnalist və fəalın (onlardan ikisi növbəti siyahıda 3-cü bənddə, digər 7 iş isə fərdi təqdim edilmişdir) məhkəmə işini müəyyən edə bilərik. İlk baxışda görünür ki, ittihamlar “fikir azadlığı cinayəti” deyil, adi ağır cinayətlərə görədir. Hilal Məmmədov üzərində və evində tapılmış 33,475 qram qeyri-qanuni heroin saxlamaqda ittiham olunur. O, ittihamı inkar etməmiş, ancaq narkotik vasitənin “şəxsi istifadə” üçün olduğunu bildirib. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir neçə şəxsin şəxsi və işgüzar reputasiyalarına ziyan vura biləcək məlumatlarını nəşr etməklə onları şantaj etməkdə təqsirli bilinib. Eyni zamanda, böyük məbləğdə rüşvət almaqda, vergidən yayınma və məhkəmə qərarlarına riayət etməməkdə təqsirli bilinib. Tofiq Yaqublu və İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı şəhərində gərginliyi artırmaq və ictimai asayişi pozmaq məqsədilə polis məmurlarına qarşı həyata təhlükə törədəcək zorakılığın təşkilində, kütləvi iğtişaşdan istifadə, qəsdən şəxsi mülkün dağıdılması və digər qanunsuz hərəkətlər etməkdə ittiham olunurlar. Bu işin ilkin istintaqı davam edir. Fərəməz Allahverdiyev Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2012-ci il 22 avqust tarixli hökmü ilə kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin törədilməsində təqsirli bilinərək, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hesab edirik ki, Azərbaycan Respublikasında qanunlar və demokratiya ATƏT/DTİHB aralıq hesabatının 9-cu bəndində aydın olmayan şəkildə Cinayət Məcəlləsinə edilmiş son düzəlişləri və məlumat əldə etmə və ticarət sirlərinə dair qanunları sual altına qoyur. ATƏT/DTİHB-yə görə bu qanunvericilik dəyişiklikləri fikir azadlığına təhlükə ola bilər.

Bu mətnləri araşdırdıqdan sonra biz müxtəlif nəticələrə gəldik. 2012-2013-cü ildə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərə yalnız sanksiyaların artması kontekstində baxılmamalıdır. Düzəlişlər Məcəllədəki bəzi boşluqları və ziddiyyətləri aradan qaldırmaq və beləliklə, insanların hüquqları və qanuni maraqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınmasını və ictimai asayişin qorunmasına bundan sonra zəmanət verilməsini təmin etmək məqsədilə təqdim edilib. Düzəlişlər ictimai nümayişlər təşkil etmək və keçirmək üçün qaydaları pozan şəxslərə daha kəskin cərimələr və hətta həbs cəzası təmin edən cinayət sanksiyalarının əvəzinə inzibati sanksiyalar tətbiq etməyə imkan yaradıb. Eyni zamanda, indi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi qeyri-qanuni nümayişləri təşkil edənlər və belə nümayişlərdə iştirak edənlərin məsuliyyəti arasında fərq qoyur. Bundan əlavə, inzibati həbsin tətbiq olunduğu məhkəmə işlərinin sayını azaltmaq üçün İnzibati Xətalar Məcəlləsinə inzibati sanksiyaların yeni növü olan ictimai iş daxil edilib. Düzəlişlər nəinki qeyri-qanuni nümayişlərin təşkilatçıları və iştirakçılarına, eyni zamanda, qanuni ictimai mitinqlərin keçirilməsinə mane olan şəxslərə qarşı da sanksiyaları artırıb. Qeyd olunmalıdır ki, daha demokratik ölkələrdə qeyri-qanuni mitinqlərin qarşısını almaq üçün müxtəlif və daha kəskin sanksiyalar tətbiq olunur”.

ASKTM 2013-cü il 14 may tarixində Azərbaycan Respublikasının Parlamenti Azərbaycanın Cinayət Məcəlləsinə düzəlişləri qəbul etdiyini qeyd edir. Habelə Cinayət Məcəlləsinin xüsusilə 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə “ictimai şəkildə nümayiş etdirilən internet informasiya resursu vasitəsilə” törədilmiş hərəkətlərə görə məsuliyyətə cəlb etmənin daxil edilməsi üçün düzəliş olunub: “Bu düzəlişlərin arxasındakı ideya fərdi şəxsləri internet resurslarında böhtan və təhqirə qarşı qanuni müdafiə ilə təmin etməkdir. Son statistik məlumatlar göstərir ki, Azərbaycan əhalisinin 65%-dən çoxu internetdən istifadə edir və hökumət kiberməkanda sosial münasibətlərin tənzimlənməsinə yönəlmiş bir sıra tədbirlər qəbul etmişdir. Bu tədbirlərə, məsələn, elektron hökumətin yaradılması, fərdlərə elektron xidmətin göstərilməsi və kibercinayətə qarşı cinayət məsuliyyətinin təqdim edilməsi daxildir. Demək olar ki, bütün Avropa Şurasına üzv dövlətlərin qanunvericiliyində diffamasiyaya görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını nəzərə alsaq, bu tədbirlər o qədər də qeyri-adi deyil. Görünür ki, ATƏT/DTİHB ilk aralıq hesabatının 3 saylı bəndində respublikanın hazırkı Prezidenti cənab İlham Əliyevin üçüncü müddətə namizədliyini irəli sürə bilməsi faktını sual altında qoyur. Əvvəlki hesabatımızda qeyd etdiyimiz kimi, Konstitusiya ilə icraedici hakimiyyətin rəhbərinə verilən dəfələrlə seçilmək imkanı bir çox Qərb demokratiyaları tərəfindən tamamilə qəbul olunur. Belə mövqe obyektiv təhlildən daha çox dəyərləndirmə mühakiməsi kimi görünür. Azərbaycan Respublikasının yaxşı idarəçiliyinin anonim həmsöhbətçilər tərəfindən daimi təkzibi, ciddi və etibarlı olmaması fikirləri, xüsusilə qeyri-sabit geosiyasi ərazidə yerləşən ölkənin irəlidən gələn siyasi sabitliyinin təhdid edilməsinə imkan yarada bilər”.

AQİL

 





26.09.2013    çap et  çap et