525.Az

Sərhəddə mövqelərimiz atəşə tutuldu


 

Sərhəddə mövqelərimiz atəşə tutuldu<b style="color:red"></b> Aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bu haqda Dövlət Sərhəd Xidmətinin saytı məlumat yayıb.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.
 





30.04.2019    çap et  çap et