525.Az

Saakaşvili: “Moskva Dağlıq Qarabağ münaqişəsində heç bir tərəfin qalib gəlməsini istəmir”


 

Saakaşvili: “Moskva Dağlıq Qarabağ münaqişəsində heç bir tərəfin qalib gəlməsini istəmir”<b style="color:red"></b>

“Rusiya Gürcüstan ərazilərinin ilhaqını və ölkəmizi zəiflətmək siyasətini davam etdirir”.

APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasının sessiyasında çıxışında deyib. O, Ukrayna prezidenti Viktor Yanukoviçin də Rusiyanın təzyiqindən şikayətləndiyini söyləyib. 
 
M. Saakaşvili bildirib ki, keçmiş sovet respublikaları – Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan və Ermənistanın güclü dövlətə çevrilməsi Rusiyaya sərf etmir: “Siz düşünürsünüz ki, Putin Ermənistanın Azərbaycanla münaqişədən qalib çıxmasını istəyir? Yox. Bu, Ermənistanı çox güclü və müstəqil dövlət edərdi. Yaxud, siz əksinə, düşünürsünüz ki, Moskva Bakının İrəvan üzərində qələbə çalmasını istəyir? Yox. Onlar ümumiyyətlə, kiminsə qalib gəlməsini istəmirlər. Münaqişə onların məqsədidir, çünki münaqişə xalqların müstəqilliyini və Avropa Birliyinə inteqrasiyasını əngəlləyir”.  

 





26.09.2013    çap et  çap et