525.Az

AYB bir qrup şair və yazıçını mükafatlandırdı


 

<b style="color:red">AYB bir qrup şair və yazıçını mükafatlandırdı</b>

“Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Prezident İlham Əliyevin təşkilatımıza ayırdığı məbləğdən bir sıra müəllifi mükafatlandırmağı qərara alıb.

Yubileyləri bu il dövlət tərəfindən geniş qeyd olunan dörd klassikimizin – İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına – hərəsi 2000 (iki min) manat məbləğində 12 mükafat nəzərdə tutulur”. Bu fikirlər AYB sədri Xalq yazıçısı Anarın adından yayılan açıqlamada yer alıb. Açıqlamada bildirilir ki, İmadəddin Nəsimi adına şeir mükafatlarına Musa Yaqub, Vaqif Bayatlı Odər və Firuzə Məmmədli layiq görülüblər.

Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafaları ilə Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və Xalq şairi Sabir Rüstəmxanlı təltif edilib.

Cəfər Cabbarlı adına dramaturgiya mükafatlarına isə  Firuz Mustafa, Vaqif Əlixanlı və Əjdər Ol layiq görülüb.

İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatların laureatları professor Nizaməddin Şəmsizadə, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və tədqiqatçı Gülxani Pənahdır.

Gənc yazarlar üçün nəzərdə tutulan “Uğur” mükafatına isə, hər birinə 1000 (min) manat məbləğində olmaqla, beş nəfər - Ümüd Abbas Nihani (Abbaszadə Ümüd Namiq oğlu), Rəvan Cavid (Həsənəliyev Rəvan Vüqar oğlu), İntiqam Yaşar (Cavanşir İntiqam Yaşar oğlu), Sərdar Amin (Tağıyev Sərdar İmaməddin oğlu) və Əliəsgər Əhməd (Əhmədov Əliəsgər Tərlan oğlu) layiq görülüb.

 

 

 





01.05.2019    çap et  çap et