525.Az

Tanınmış diktor Natəvan Hacıyeva vəfat etdi


 

Tanınmış diktor Natəvan Hacıyeva vəfat etdi<b style="color:red"></b>

Azərbaycanın Əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dünyasını dəyişib.

Bu barədə ONA-ya AzTV-dən məlumat verilib.

N. Hacıyeva ilə vida məraisimi sabah saat 14.00-da yaşadığı mənzildə olacaq.

Qeyd edək ki, Natəvan Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Professor Hüseyn Əliyevin tələbəsidir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

2000-ci ildə Türkiyədəki “Aspendos” antik teatrının səhnəsində açıq səma altında, 15 min tamaşaçı qarşısında çıxış edib.

2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub.

2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"qalibidir. 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş "Gran Gala" konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə, "Sülhməramlı səfir" diplomu ilə təltif olunub.
 
2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Xalq artisti" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan, Musiqi Mərkəzini yaradıb.

Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen"i adlandırlır.

 





01.05.2019    çap et  çap et