525.Az

"Ulduz" jurnalının "Nəsimi" xüsusi buraxılışı


 

"Ulduz" jurnalının "Nəsimi" xüsusi buraxılışı<b style="color:red"></b>

"Ulduz" dərgisinin, dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunan xüsusi sayı işıq üzü görüb.

Jurnalın xüsusi buraxılışında Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamı, "Dərgidə kitab" rubrikasında Nəsiminin şeirləri çap olunub.

Nəsimi haqqında Xalq yazıçısı Anarın "Şairin hünəri", professor Musa Ələkbərovun "Ədəbi-mədəni irsə, milli sərvətə böyük məhəbbətin parlaq nümunəsi", Abid Tahirlinin "Nəsimi Azərbaycan mühacirət mətbuatında", Paşa Əlioğlunun "Nəsimi yaradıcılığının tədqiqat tarixi barədə", filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın "Azərbaycan ədəbi dilinin inkişafında Nəsiminin rolu və yeri", professor Rahid Uluselin "İmadəddin Nəsimi və Nikolay Kuzanlı", professor Gülşən Əliyeva-Kəngərlinin "Poetik fəlsəfənin Nəsimi mərhələsi", tənqidçi İradə Musayevanın "Ədəbiyyatşünaslığın klassik irs problemi: İmadəddin Nəsimi", Əməkdar elm xadimi Kamran Əliyevin "Nəsimi yaradıcılığında folklorizmlər" yazıları dərc olunub.

"Ulduz"un arxivindən" rubrikasında Cahangir Qəhrəmanovun Nəsiminin anadan olmasının 600 illik yubileyində qələmə aldığı "Nəsimidən nümunələr" məqaləsi verilib.

Bundan əlavə, jurnalın sonuncu buraxılışında xalq rəssamı Arif Hüseynovun İmadəddin Nəsimiyə həsr edilmiş illüstrasiyaları da yer alıb.

Şahanə MÜŞFİQ

 





01.05.2019    çap et  çap et