525.Az

"Milli mübarizə və qəhrəmanlıq" poetik sətirlərdə


 

"Milli mübarizə və qəhrəmanlıq" poetik sətirlərdə<b style="color:red"></b>

Aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Milli mübarizə və qəhrəmanlıq" adlı şer gecəsi təşkil edilib.

Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türkiyənin Bakıdakı Təhsil Müşavirliyi, Türk Dünyası Bakı Atatürk Liseyi, Bakı Türk Anadolu Liseyi və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin birgə təşəbbüsü ilə reallaşıb.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Belə tədbirlərin iki qardaş ölkənin mədəni sahədəki əməkdaşlığı üçün daha da əlverişli zəmin yaratdığını deyən natiq tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Türkiyə səfirliyinin təhsil müşaviri Mahmud Əyirməndə tədbirin önəmini qeyd edib, şeir gecəsinin Türkiyənin milli mübarizə və qəhrəmanlıq tarixi gününün 100-cü ildönümü münasibətilə təşkil edildiyini söyləyib.

Tədbir Türk Dünyası Bakı Atatürk Liseyi, Bakı Türk Anadolu Liseyi və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri tərəfindən vətənpərvərlik və qəhrəmanlıq mövzularında şeirlərin təqdim olunması ilə davam edib.

Tədbir çərçivəsində şagirdlərin ifasında milli vətənpərvərlik ruhlu mahnılar da ifa olunub.

 





02.05.2019    çap et  çap et