525.Az

"Mahmud və Məryəm" filminin təqdimatı oldu (FOTO)


 

"Mahmud və Məryəm" filminin təqdimatı oldu <b style="color:red">(FOTO)</b>

Ötən gün Nizami Kino Mərkəzində "Mahmud və Məryəm" filminin təqdimat mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, bununla bağlı filmdə rol alan türkiyəli aktyorlar Aras Bulut İnəmli, Eva Dedova, Tomris İncer və digərləri Bakıya gəlib.

Gecəyə qardaş ölkədən olan tanınmışlarla yanaşı ekran işində rol alan xalq artisti Fəxrəddin Manafov, Məlahət Abbasova və başqaları da qatılıb.

Filmin quruluşçu rejissoru Mehmet Ada Öztekin, prodüseri Sevda Kayğısızdır. Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə layihəsi olan filmdə "Mahmud" obrazını Aras Bulut İynemli, "Məryəm" rolunu isə qazaxıstanlı Eva Dedova canlandırır.

Çəkilişlərinə Şəki şəhərində başlanılan ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyor və aktrisalar rol alıblar.

 





27.09.2013    çap et  çap et