525.Az

İran ABŞ-la danışıqlara hazırdır


 

İran ABŞ-la danışıqlara hazırdır<b style="color:red"></b> İran hökumət başçısı Həsən Ruhani ABŞ-ın dövlət lideri Barak Obama ilə görüşə hazır olduğunu bildirib.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, «CBS» telekanalına müsahibəsində deyib ki, bunun üçün hazırlıq işləri görülməlidir. «Əgər vaxtımız olsa idi (Baş Assambleyanın nəzərdə tutur-red), belə görüşün keçirilməsi üçün bütün əngəlləri aradan qaldırardıq»-deyə, Həsən Ruhani bildirib.
 
İran İslam Respublikasının ikinci şəxsi qeyd edib ki, 35 ilə yaxındır iki dövlətin rəhbərləri arasında diplomatik münasibətlər kəsilib: «İndi bu vacibdir. Ancaq görüşün nəticəsi olmalıdır. Ona görə də ABŞ və İran  arasında yüksək səviyyəli ilk görüşün müsbət nəticələr verməsi üçün bütün gücümüzü səfərbər etməliyik».
 





27.09.2013    çap et  çap et