525.Az

"İsi Məlikzadə-85" sərgisi açıldı


 

"İsi Məlikzadə-85" sərgisi açıldı <b style="color:red"></b>

Mayın 1-də Azərbaycan  Milli Kitabxanasında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq İsi Abbas oğlu Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə "İsi Məlikzadə-85" adlı geniş kitab sərgisi təşkil edilib.

Sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Bir həftə davam edəcək sərgi İsi Məlikzadənin xatirəsinə ehtiram nümunəsi və yazıçının yaradıcılığını sevənlər üçün dəyərli töhfədir.

 





03.05.2019    çap et  çap et