525.Az

AYB-yə ayrılan vəsait hesabına görüləcək işlər açıqlandı


 

AYB-yə ayrılan vəsait hesabına görüləcək işlər açıqlandı<b style="color:red"></b>

Xəbər verildiyi kimi, aprelin 3-də Azərbaycan Yazıçılar Birliyində ədəbi orqanların redaktorlarının iştirakıyla Katibliyin geniş iclası keçirilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yazıçılar Birliyinə ayırdığı 800 min manatın istifadə olunması ilə bağlı, sözügedən iclasda bir çox təkliflər səslənib. Sonra redaktorlar təkliflərini yazılı şəkildə də Katibliyə təqdim ediblər.  Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti məlumat yayıb. Mayın 1-də katibiliyin iclasında bu təkliflər bir daha müzakirə olunub və bu məsələdə Rəssamlar və Bəstəkarlar İttifaqlarının təcrübəsi də nəzərə alınaraq müvafiq qərarlar qəbul edilib.

Bildirilib ki, məhz bu vəsait ayrılandan sonra Katibliyə müalicə və maddi yardım üçün onlarla ərizə daxil olub. Ayrılan vəsait on qat artıq olsaydı belə, bütün bu xahişlərə əməl etmək qeyri-mümkündür. Həm də bu dövlət yardımının əsas məqsədi ədəbiyyatımızın ümumi inkişafı və təbliği işinə xidmət üçün ayrılmışdır. Odur ki, Katiblik bu vəsatin müəyyən hissəsini yaşlı və gənc müəlliflərin 50 kitabının nəşrinə sərf edəcək.

Son illərdə poeziya, nəsr, dramturqiyada dəyərli əsərlər yaratmış, elm və publisistika sahəsində səmərəli fəaliyyət göstərmiş müəlliflərə hərəsi iki min manat məbləğində 12 mükafat, beş gənc müəllifə hərəsi bir min manat məbləğində mükafat verilməsi nəzərdə tutulur. Yazıçılar Birliyinin aparatında, ədəbi orqanlarında uzun illər boyu ardıcıl və fəal çalışan, işinə məsulliyyətlə yanaşan əməkdaşlar da redaksiyaların təqdimatıyla mükafatlandırılacaqlar.

Naxçıvan Yazıçılar Birliyinə, həmçinin, AYB-nin Gəncə, Sumqayıt və bütün başqa bölmələrinə, həmçinin, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə də müəyyən vəsait ayrılacaq.

Müəyyən məbləğdə vəsait xaricdən gələcək qonaqlarıın qəbuluna və xaricə ezamiyyətə gedən yazıçılara sərf olunacağı nəzərdə tutulur.

Yazıçılar Birliyinin və onun ədəbi orqanlarının, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin texniki ehtiyacları - komputer, kseroks aparatları, printerlər üçün vəsait ayrılacaq. AYB ilə bağlı saytların birləşdirilməsi, aktivləşdirilməsi üçün də lazımi vəsaitin ayrılması nəzərdə tutulur.

Maddi durumu xüsusi ağır olan və müalicəyə ehtiyacı olan bir neçə yazıçıya yardım ediləcək.

Bütün xərclənən vəsait Birliyin katibliyi tərəfindən təsdiq ediləcək və Katibliyin bilavasitə nəzarəti altında olacaq. 

 





03.05.2019    çap et  çap et