525.Az

"Azərbaycan"ın yeni sayında...


 

"Azərbaycan"ın yeni sayında...<b style="color:red"></b>

"Azərbaycan" jurnalının növbəti - aprel sayı işıq üzü görüb.

Jurnalın "Poeziya" bölməsində Musa Yaqub, İsa Sevər, Sevinc Arzulu, Ələsgər Talıboğlu, Səxavət Kəlbəcərlinin şeirləri yer alıb.

İlqar Fəhminin "Gürgan şərabı" romanı, Müzahim İsmayılzadənin "Ağcaqanad dərəsi" hekayəsi "Nəsr" bölməsindədir.

"Debüt" rubrikası oxucuları bu dəfə Vüqar İsgəndərovla tanış edir. Onun "Cəhənnəmdə etiraf" hekayəsi Xocalı soyqırımına həsr olunub. "Ədəbi talelər"də isə Günel Natiq Luici Pirandellodan söz açır.

Jurnalın bu sayında A.S.Puşkinin "Qafqaz əsiri" Eyvaz Borçalının tərcüməsində təqdim olunub. Jurnal Qəşəm Nəcəfzadənin 60 yaşını onun şeirləri ilə  qeyd edir. Eləcə də "Publisistika" rubrikasında Tofiq Nurəlinin "Yol", Valeh Bahaduroğlunun "Arxada qalan dolaylar", "Tənqid və ədəbiyyatşünaslıq" bölməsində isə Elçinin "Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?", Aydın Talıbzadənin "Ağrılar və mərsiyələr şahı" adlı yazıları yer alıb.

Bu nömrədə Süleyman Stalskini 150 illiyi münasibətilə Həsən Xasıyev yada salır.

"Axtarışlar, tapıntılar" rubrikasında Afaq Ağayarova "İqbal" qəzetinin nəşr tarixindən,"İncəsənət" rubrikasında isə İsrafil İsrafilov "Teatr tənqidinin susqunluq əhdi"ndən bəhs edir.

"Kitablar, rəylər" bölməsində Yaqub Babayev Təyyar Salamoğlunun "Azərbaycan tənqidi realizminin estetikası" kitabını təqdim edir.

Şahanə MÜŞFİQ

 





05.05.2019    çap et  çap et