525.Az

Kiyevdə GUAM-ın 15 illik yubileyi keçirilir


 

Kiyevdə GUAM-ın 15 illik yubileyi keçirilir <b style="color:red"></b>

Yubiley iclasına Azərbaycanın xarici işlər naziri sədrlik edir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın 15 illik yubileyinə həsr olunmuş iclasda iştirak etmək üçün Ukraynaya gedib.

APA-nın məlumatına görə, XİN başçısı bu gün Kiyevdə GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclasda GUAM-ın tərəfdaşları ABŞ və Yaponiyanın, həmçinin Avropa Komissiyasının nümayəndələri də iştirak edəcəklər. Tədbirdə GUAM qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məsələləri müzakirə olunacaq. İclasa Azərbaycanın xarici işlər naziri sədrlik edəcək. Onun tədbirdə çıxışı və səfər çərçivəsində ikitərəfli görüşləri nəzərdə tutulur.

 





10.10.2012    çap et  çap et