525.Az

Bu yay 4 otelin fəaliyyəti dayandırılıb


 

Bu yay 4 otelin fəaliyyəti dayandırılıb<b style="color:red"></b> “Bu ilin yay mövsümündə 516 oteldə monitorinq keçirilib”.
 
Lent.az-ın məlumatına görə, bunu Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev “27 sentyabr Ümumdünya Turizm Günü”nə həsr olunmuş konfransda deyib. O bildirib ki, monitorinq zamanı Xaçmazda "Səyahət" Qubada “Dostluq”,  Mingəçevir və Astarada isə bir otelin lisenziyası ləğv edilib. 40 otelə rəsmi xəbərdarlıq verilib. Biz ümid edirik ki, bundan digər otellər də düzgün nəticə çıxaracaq. Biz bilməyik ki, Azərbaycanda turizmin inkişafı üçün peşəkar fəaliyyət göstərək. 
 





27.09.2013    çap et  çap et