525.Az

“Bakı Marafonu 2019” keçirildi


 

“Bakı Marafonu 2019” keçirildi <b style="color:red"></b>

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2019” keçirilib.

ONA-nın məlumatına görə, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda 22 min 320 şəxs qeydiyyatdan keçib.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub.

Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər. Eyni zamanda, müxtəlif təşkilat və şirkətin təmsilçiləri korporativ iştirakçı kimi qeydiyyatdan keçiblər. Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub. Azərbaycanın Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrindən də yarışda iştirak edənlər olub.

Marafonda marşrutu ilk olaraq uqandalı İsmail Ssenyange qət edib.

 





05.05.2019    çap et  çap et