525.Az

Qarabağda erməni əsgəri hərbçi yoldaşını güllələdi


 

Qarabağda erməni əsgəri hərbçi yoldaşını güllələdi <b style="color:red"></b>

Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağın cənub-şərq hissəsində yerləşən qeyri-qanuni hərbi hissələrdən birinin döyüş postunda erməni hərbi qulluqçusu güllə yarası alıb.

ONA panarmenian.net-ə istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən 1998-ci il təvəllüdlü Aqanik Qarnnikoviç Zoroqlyanın vəziyyəti ağırdır.

Onun əsgər yoldaşı tərəfindən vurulması istisna edilmir.

Faktla bağlı istintaq aparıldığı bildirilir.

 





05.05.2019    çap et  çap et