525.Az

Əli Əhmədov: "Cəmil Həsənli etiraf etməlidir"


 

Əli Əhmədov: "Cəmil Həsənli etiraf etməlidir"<b style="color:red"></b>

Prezidentliyə namizəd Cəmil Həsənli etiraf etməlidir ki, o, ya az həcmdə yüngül işləməyə məhkum olunmuş əlildir, ya da saxta yolla pensiya almağa nail olmuş bir fırıldaqıçıdır. Bunu cümə günü Trend-ə eksklüziv müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, əgər Cəmil Həsənli saxta yolla pensiya almağa nail olubsa, hesab edirəm ki, müvafiq orqanlar bu məsələni araşdıracaq və Cəmil Həsənlinin pensiyası mütləq ləğv olunacaq.

YAP rəsmisi bildirib ki, Cəmil Həsənli Mərkəzi Seçki Komisiyasına öz gəlirləri haqqında məlumat təqdim edib və həmin məlumatlardan görünür ki, o, həkim rəyində göstərilənin tam əksinə olaraq çox ciddi iş rejimində işləməklə məşğuldur: "Özünün göstərdiyi sənədlərə görə, Cəmil Həsənlinin bir il ərzində qazancı 60 min manatdan yuxarı olub. Bunun 24 min manatı aldığı pensiyadan formalaşan gəlirdir, yerdə qalan təxminən 40 min manata yaxın gəliri isə digər sahələrdəki fəaliyyəti ilə əlaqədar formalaşan gəlirlərdir. Özünün dediyinə görə, bir il ərzində iki kitab yazıb və bir neçə universitetdə dərs deyib. Təbii ki, qanuna uyğun olaraq sual ortaya çıxır. Əgər Cəmil Həsənli onun pensiyaya çıxması üçün əsas götürülən həkim rəyinə görə, az həcmdə yüngül işdə işləməyə məhkum olan əlildirsə, təxminən 40 min manat gəlirin əldə olunması üçün necə fəaliyyət göstərib? Bir il ərzində iki kitabı necə yazıb? Bir neçə universitetdə necə dərs deyib? Bu, azhəcmli yüngül işmi sayılır? Demək burada iki şeydən biri mütləq şəkildə yalandır. Ya Cəmil Həsənlinin pensiyaya çıxması üçün verilən və onun az həcmdə yüngül işdə işləməsini göstərən arayış saxtadır, yalandır, ya da Cəmil Həsənlinin verdiyi bu hesabat həqiqətəuyğun deyil. Amma bir halda kı, o, bu hesabatını təqdim edib və deyilən fəaliyyət bir il ərzində onun tərəfindən yerinə yetirilib, bunu heç bir halda yüngül iş hesab etmək olmaz. Deməli, onda burada məntiqi bir fakt ortraya çıxır ki, onun pensiyaya çıxması haqqında olan sənədlər sadəcə saxtadır. Deməli, o, müvafiq pensiya və ekspert orqanlarını hansısa formadasa aldatmaqla vaxtından əvvəl pensiyaya çıxmaq və yüksək pensiya almağa nail olub".

 





27.09.2013    çap et  çap et