525.Az

Metronun yeni stansiyaları tikilir


 

Metronun yeni stansiyaları tikilir<b style="color:red"></b>

Gələcəkdə Bakı Metropoliteninin daha üç xətti çəkiləcək.

Bu barədə Day.Az saytına Bakı Metropolitenindən bildiriblər.

Birinci prioritet istiqamət 5 stansiyanı əhatə edən xətdir ("Avtovağzal" -"Memar Əcəmi-2" - B3 – B4 – B5). Bu yolun uzunluğu 6,8 km-dir. Bu xətt Bakı Beynəlxalq Avtovağzalı, 3 və 4-cü mikrorayon, Tbilisi prospekti və Füzuli küçəsini əhatə edir.

İkinci prioritet istiqamət isə 8 stansiyanı əhatə edir (VI Stansiya – Y3 – Böyükşor – "Koroğlu-2" – Bakıxanov – Y-22 – Qaraçuxur – Yeni Günəşli). Yolun uzunluğu 12,5 metrdir. Bu yol Köhnə və yeni Günəşlini, Qaraçuxur qəsəbəsini, "Koroğlu" stansiyası ətrafındakı ərazini əhatə edir.

Üçüncü istiqamət isə üç stansiyanı ("Həzi Aslanov" - "Zığ şossesi" - "Hərbi akademiya") əhatə edir. Bu yolun uzunluğu 3,7 km-dir.

 





10.10.2012    çap et  çap et