525.Az

"Xətai" metro stansiyası planlaşdırılmış vaxtdan tez açıla bilər


 

"Xətai" metro stansiyası planlaşdırılmış vaxtdan tez açıla bilər<b style="color:red"></b>

Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış “Bakı Metropoliteni”nin "Xətai" stansiyasının açılışı planlaşdırılmış vaxtından tez baş tuta bilər.

ONA-nın xəbərinə görə, bunu “Bakı Metropiliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, tədbirlər planına əsasən, stansiyanın açılışı avqustun 10-da nəzərdə tutulub.

Buna baxmayaraq, təmir işlərinin planlaşdırıldığından daha sürətlə aparılması ilə bağlı stansiyanın istifadəyə verilməsi nəzərdə tutulan vaxtdan bir qədər tez həyata keçirilə bilər:

“Hazırda stansiyada təmir-bərpa işləri sürətlə davam edir, həmçinin ekskalatorların sazlanması prosesi də aparılır”.

 





07.05.2019    çap et  çap et