525.Az

Lord Flayt: “BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycanın şöhrətini artıracaq”


 

Lord Flayt: “BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycanın şöhrətini artıracaq”<b style="color:red"></b>

Böyük Britaniya Mühafizəkarlar Partiyasının London şəhəri üzrə xüsusi səlahiyyətlərə  malik sədrin  müavini lord Flayt Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Trans Adriatik Boru (TAP) kəməri layihəsi, Britaniya investisiyalarının Azərbaycan iqtisadiyyatına yatırımı, Azərbaycanın beynəlxalq sülhməramlı missiyalarda iştirakı, ölkəmizin BMT Təhlükəsizlik Şurasında sədrlik etməsi,həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında sualları cavablandırıb.  

Avropa-Azərbaycan Cəmiyyətindən 525.az-a verilən məlumata görə, o aşağıdakıları bildirmişdir:

“Yeni Trans Adriatik Boru kəməri böyük strateji əhəmiyyətə malikdir və Azərbaycanın Qərbi Avropadakı nüfuzunun artırılmasına xidmət edəcək, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.

2013-cü ilin ilk rübündə  özünün Azərbaycana Birbaşa xarici investisiyasını 44.1 faizə  çatdırmaqla Böyük Britaniya bu ölkədə ən böyük xarici sərmayədara çevrildi. Böyük Britaniyanın Azərbaycanda ən böyük birbaşa xarici sərmayədar olmasından məmnunluğumu bildirirəm və bu, Böyük Britaniyanın Azərbaycana qarşı mövqeyində,  əlbəttə ki, əhəmiyyətli faktdır.

Azərbaycanın İraq, Kosovo və Əfqanıstana sülhməramlı qoşunlar göndərməsi Qərbdə  daha yaxşı təbliğ olunmalı və bu məsələ  geniş ictimaiyyətə çatdırmalıdır.

Gələn ay BMT Təhlükəsizlik Şurasına sədrliyin Azərbaycana keçməsi Azərbaycanın qlobal aləmdə  tanınması üçün çox vacib məqamdır. Azərbaycanın yaxşı sədrlik edə bilməsi onu daha çox tanıdacaq və şöhrətini artıracaq.

Məlumdur ki, Azərbaycanın  ərazi bütövlüyünü tanıyan və Ermənistanın öz qoşunlarını çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vaxtı çoxdan çatıb”.

 





28.09.2013    çap et  çap et