525.Az

Xocahəsən deposunun layihələndirilməsi sürətləndirilib


 

Xocahəsən deposunun layihələndirilməsi sürətləndirilib<b style="color:red"></b>

"Bakı Metropoliteni" QSC Xocahəsən deposunu qismən istifadəyə vermək məqsədi ilə depoda apardığı layihələndirmə işlərini sürətləndirib.
 
ONA-nın xəbərinə görə, bunu "Bakı Metropiliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, "Bakı Metropoliteni" 2020-ci il ərzində Bənövşəyi xəttin üçüncü stansiyasını istifadəyə verməyə planlaşdırır.

Həmin stansiyanın arxasında dönmə kamerası (qatarın bir yoldan başqa yola çıxışını təmin edən infrastruktur) qurulur.

Bu çərçivədə aparılan işlər Xocahəsən deposunu qismən istifadəyə verilməsini tələb edən bir prosesdir:

"Xocahəsən deposunun həmin hissəsini layihələndirilməsi sürətlə davam etdirilir".

Bundan başqa, B. Məmmədovun sözlərinə görə, 2018-ci ildə "Avtovağzal" stansiyasından Xocahəsən deposuna aparan tunellərdən biri inşa olunub. Yaxın aylarda digər tunelin inşası tamamilə başa çatdırılaraq və həmin ərazidə yol və digər infrastrukturunun yaradılması işlərinə başlanacaq.

 





07.05.2019    çap et  çap et