525.Az

Din və adət - Şirməmməd Hüseynov


 

İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

Din və adət - <b style="color:red">Şirməmməd Hüseynov</b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda) 

MAVİ, QIRMIZI, YAŞIL! 

Onun nə olduğunu mənə sorma, çünki tərif etmək üçün dilim kafi dərəcədə dönməz. Nəyi ifadə etdigini öyrənmək istəyirsən gəl də qəlbimi dinlə və orada uğuldayan zərbələrdən bu əziz rənglərin mənasını anlamağa çalış! Əgər o, omuz-omuza vermiş rənglərdən yeni bir şey anlayamazsan o zaman qafa tasını çıxar və kəndini bitməz-tükənməz əlyaf yığınları arasına burax. Qəlblərimizdəki 3 rəngin mədlul olan (anlaşılan) ayətləri orada görürsən. Fəqət seçə bildigin ayətləri diqqətlə oxu və əzbərlə. Üç bucuq milyon Türkün ruhundan doğan bu ucuz mələk üfüqümüzdə parlayan 9 il oldu. 7 sənə dəxi var ki göylə-yerin birləşdigi nöqtədə nazlı-nazlı rəqs edən bu mələyi oradan alıb yerlərə fırlatmaq və çamurlarda boğmaq istədilər. Əgər bu gün Mavi, Qırmızı, Yaşıl Xəzərin sabah məltəmləri ilə menəvişləri yaparaq gözlərinizi oxşamıyorsa məyus olmayalım. Çünki onu biz çamurlu ayaqlar altına buraxmadan 3 bucuq milyon qəlbdən təşəkkül edən təpənin ən yüksək zirvəsinə tikdik. Və o, o əbədi taxtından bütün varlığımıza höküm ediyor. Şimalın təxribkar tayfunları rəngini soldurur deyə qorxmayınız! Bənizindəki al daima tazə qalsın deyə damarlarımızda axan qanı köksümüzün içindəki qədəhlərlə sunuyoruz.

***

Bayraq!.. Bu, öylə bir isim ki bütün nəbizlər onun üçün eyni həyəcanla atıyor. Və bütün millətlər onun hüzurunda eyni imanla səcdə ediyor. Baltalar, qarğılar, mizraqlar, zirehli köküslər onun üçün çarpışdı. Atəş püskürən namlular hala onun səltənəti üçün uğlduyor. Bükülmədən qəlblərə saplanan süngülər, onun şərəfi üçün parıldıyor. Cədlərimiz (babalarımız) dünyanın bir ucundan o biri ucuna qədər at oynadaraq və qılınc sallayaraq onu göylərə qədər yüksəltdilər. Türkün bayrağı önündə kimlər baş əydi, taxtlar səcdəyə vardı. Kölgəsində millətlər hüzur və səadətə qovuşdular. Babalarımız mizraqlarının ucundakı bayraqları Moskvanın buzlu səmalarında, Vyananın möhtəşəm burclarında, Hindistanın altun qübbəli saraylarında, Çinin fağfur qalalarında, Misirin dev cüssəli ehramlarında dalğalandırdılar. Onu yaşatmaq üçün öldülər. Çünki biliyorlardı ki, bu uğurda şəhid düşənlərin namı millətlərinin bəqasında əbədiyətə erəcək, çarpışacaq sağ qalanların həyatı isə, onun qıvrımlarındakı gözəlligi gözlərilə əmərək və damla damla qəlblərinə axıdaraq davam edəcək. Göy və qırmızı bayraqlar yeddi iqlim üzərinə məğrur qanadlarını gərərək batıya doğru ilərilərkən uğradığı İslam diyarında da yaşılı kəndilərinə eş bularaq yanlarına aldılar. Ayrı ayrı qarğılar ucunda dalğalanan bu rənglər əsirlərin ənqazı üzərində və bizim qəlblərimizdə qucaqlaşaraq Mayısın şəşəədar günəşilə boy ölçmək üçün üfüqümüzdə yüksəldi. Öncə bir biriylə yarışa çıxan bu iki məbud çox keçmədən sevişib öpüşdülər. Bu məbudların yek digərinə təməssül edən gözəlligi vətəninə ad olaraq verildigi gündən bəri köyümün tarlalarındakı başaqlar vücudlarını yamyaşıl birər çarşafla örtməyə başladılar. Yurdumun dağlarındakı çiçəklər göyləri qısqandıran bir maviliyə büründülər. Baxcamda açan güllərin belə yanaqlarında dadlı bir qırmızılıq vardı. Fəqət 7 sənədən bəridir Şimaldan uğuldayan bir Sam yeli, yurdumun üzərinə buzdan atəşlər yağdırıyor. Və o buzlar arasında dişlərini göstərərək sırtlan cəhənnəm zəbaniləri Qız Qalasının təpəsinə, üzərində qafaları əzməyə məxsus bir çəkic və boyunları kəsməyə yarar bir oraq daşıyan qıpqızıl bir peçi tikməyə çalışıyor!..

Ey qılıncı önündə tacların bac verdigi Türkün bu günkü torunları (nəvələri) olan Azəri oğulları! Gəliniz həp bərabər əl-ələ verəlim və imanla dolu köküslərimizi o məşum ulumaya qarşı gedəlim sonra o bayrağı göylərimizə yüksəldən əziz rəhbərin sözlərini təkrar edərək hayqıralım:

"Bir kərə yüksələn bayraq bir daha enməz!"

Ərdoğan
"Yeni Qafqasiya", 28 Mayıs 1927, №17(86)

HƏR AĞLANAN YER RUHUMUN VƏTƏNİDİR 

Əziz və möhtərəm mühibbim (dostum) Rəsulzadəyə 

Azərbaycan, həssas ruhlarda bir həyəcan mövzuu olmaqda davam ediyor. İctimai, iqtisadi böyük qiymətlər və qabiliyətlər göstərən bu Türk qövm, hars, istiqlal və hürriyətinə qovuşacaqdır. O günə intizardakı tutuşdurucu və yaxıcı zövq və iştiyaqı (arzunu) təqdis edərəm. Azərbaycan əsir və istibdadzədə qaldıqca mən, Türk və insan mən, fərdən və məşərən (hissən) nə qədər hür olursam olayım yenə ruhumun sağ qolunu bir qaya altında sıxışmış hiss edəcəgəm. O yerlər Prometenin sayhasına aşinadır. Səmadan atəşi, səmadan nuru alan və insanlara verən Prometeyin seyahəsinə (nərə) hürr olmaq, hürr görmək, hürr etmək bu səmadani-şaiqə və saiqələri insandan nəz edin, insanda nə qalır? Bir ağac, bir makinə. Fəqət bir ağac, bir makinə hayati yaşamaq üçün müqtəzi arzu və cəsarəti verə bilirmi? Hürr Azərbaycan məfkurəsilə yaşayan Azərbaycan gənclərinin gözlərində yanan iştiyak və fəal intizar atəşini öpüyoram və öpərkən ruhumun tutuşduğunu hiss ediyoram. Bu yalnız şair sözü və ya suzişi degildir. Eyni zamanda hür bir Türk və hür bir insan sözüdür də.

Min il əvvəl, min il sonra can gəmirən hər möhnət mənim insan ürəyimdə kükrəyən bir arslandır. Hər ağlanan yer ruhumun vətənidir, hər məzlum vicdanıma, qollarıma hökm edən bir sultandır.

Seyahəsinə bir qaç kərə 10 sənə əvvəl məhbiti ilham olmuş olan müştail bir ürəyin yanan bir həyəcan və bəyani-ayətdir də.

18 Mayıs 1927 İctihad (çalışma) Evi

Doktor Abdullah Cövdət 

Qafqasiya haqqında Avropa Mətbuatı

Avropa və Qafqasiya 

İşbu ünvan təhtində Parisdə Fransa Şərq Komitəsinin vasiteyi-nəşri-əfkarı olan "Fransa de Orient" məcmuəsinin şubat-mart nüsxəsində salifuzzikr (yuxarıda göstərilən) ünvan təhdində Qafqasiya Cümhuriyətlərinin əsbabi-süqutlarına aid qayət mühüm bir məqalə nəşr olunmuşdur. Məqalə Baltik sahilindəki cümhuriyətlərin Rusyadan ayrılma hərəkətlərində müvəffəq olduqları halda nasıl oldu da Ukrayna ilə Qafqasiya Cümhuriyətləri müvəffəq olmadılar, sualına cavab olmaq üzərə, birincilərə Avropa dövlətlərinin yardımı toxunduğu halda ikincilər bu yardımdan məhrum qaldılar - diyor.

Fransa de-Orientə görə:

1. Avropa dövlətlərini Qafqasiyada təmsil edən qüvvələr Azərbaycan, Ermənistan və Gürcüstan Cümhuriyətlərini tanıdıqları və kəndilərinə ciddi müavinətdə bulunacaqlarını vəd etmiş olduqları halda bu vədlərini tutmamış biləks Bəyaz Rus generallarını təqviyə etməklə bu cümhuriyətlərin müqavimət istidadlarını (bacarıqlarını) azaltmışdır.

2. Dərbəndə qədər olsun Şimali Qafqasiyaın Azərbaycan nüfuzunda bulunmasını Azərbaycan Cümhuriyəti, Qafqasiyanın Rusyaya qarşı hüsni-müdafiəsi naminə tələb etmişsə də cümhuriyətin bu tələbi isaf edilməmişdir.

3. Bəhri-Xəzər donanması Azərbaycan Cümhuriyətinə təslim olunacağı yerdə Bəyaz Ruslara verilmiş və nəticədə bu donanma Qızıl Rusların əlinə keçərək İran hüdudunu bombardman eyləmiş, mütəfiqlər əleyhinə hərəkət etmişdir. Eyni zamanda Azərbaycan Cümhuriyətinin süqutunda böyük bir rol oynamışdır.

4. Gənc Azərbaycan ordusunun təchizi üçün vəəd olunan mühümmati-hərbiyə verilməmiş. Halbuki mütəfiqlərin Qafqasiyada bulundurduqları külli miqdar əsləhə ilə Azərbaycan ordusunu təslihi çox mümkündü.

5. Əskəri və siyasi xətalardan başqa Qafqasiyanın süqutunda amil olan iqtisadi qüsurlar da vardır. Avropa qüvvətləri ilə təmaslarından etibarən Qafqasiya Cümhuriyətlərindəki həyat bahalılaşmış. Əvvəlcə 50-70 rublə müqabilində olan İngilis lirası sonra 1000-2000 rubləyə müqabil olmuşdur. Böyük petrol mənbəinə malik olan Azərbaycan isə vasiteyi-nəqliyə üzündən böhran və xəsara düçar olmuşdur. Gürcüstan və Azərbaycan millətlərinin vüqu bulan ciddi təşəbbüslərinə məvaddi ibtidaiyə ilə bilxassə petrola şiddətlə möhtac olan Fransa tərəfindən Qafqasiya ilə iqtisadi münasibət təsisi üçün heç bir şey yapılmamışdır.

"Yeni Qafqasiya", 28 Mayıs 1927, №17 

VƏTƏNƏ MATƏM, XAİNLƏRƏ BAYRAM 

Məşum 27 Nisan işğal gününün Azərbaycan vətəni üçün bir matəm günü olduğu qarelərimizə (oxucularımıza) məlumdur. Xadimlərinin ağalığı bu gündə bittəbii vətənin xainləri bayram edəcəklərdi. Öylə də olmuş. Bu günü bayram edən Azərbaycan bolşevikləri milliyətçi Azərilərin duyduğu acıyı zəhir xandələrlə yad etmiş, hətta "Yeni Qafqasiya" idarəxanəsindəki ictimai belə gözdən qaçırmamışlar-dır. Öylə ya, millətin fəlakətilə mütəəllim olmaq bizim, bu fəlakətdən zövq duymaq da onların təbiətidir.

Bu təbiətlərinə sədaqətdəndir ki, yövmi-məşum münasibətilə nəşr etdikləri qəzetələrdə Azərbaycanlı komunistlər Sovet Azərbaycanın istiqlalından bəhs eyləmiş, buna müqabil "Milli Müsavat Azərbaycan"ının əvvələn imperatorluq Türkiyəsi əlində "oyuncaq", sonra da ingilislər əlində bir müstəmləkə olduğunu "isbat" etmişlərdir. Şayani-diqqətdir ki, bu vəzifəyi bu dəfə mahud Qarayev dəröhdə eyləmiş, bir həmlədə 2 qoca məqalə yazmışdır.

Vaxtilə Azərbaycan müməssili Əli Mərdan bəy, Mondros mütarikə-naməsindəki Azərbaycana aid cüd maddəyi Azərbaycan istiqlalını müxill olduğundan protesto eyləmişdi. İştə "Sovet diplomatı" bu protestoyu milli Azərbaycanın müstəqil olmadığını isbat üçün tamamilə kafi buluyor və bu "diplomat"la ağız-ağıza verən "Komunist" qəzetəsinin baş məqaləçisi dəxi hər türlü həya və namusu sırtına ataraq, heç çəkinmədən yazıyor ki:

"Azərbaycanda aprel inqilabı olmasaydı, Azərbaycanın "istiqlalından" indiyə qədər bir əsəri-əlamət qalmazdı. Azərbaycan dəxi başqa xırda milli birliklərin müqəddəratına şərik olaraq kapitalist dünyasının müstəmləkəsi halına çevrilmiş olurdu".

Öylə ya, şimdiki Azərbaycan, istiqlalını tamamilə mühafizə eyləmiş, müntəha xarici siyasətini, əskəri işlərini, iqtisadi idarəsini, zabitai-siyasiyəsini, dəmir yollarını, petrol işlərini, pambıq ziraətini, tamamilə Moskvaya tərk eyləmişdir. Müstəqil olmasaydı Azərbaycan Rusya əleyhinə mücadilə edən münəvvərlərini Rusyanın hücrə köşələrinə nəfy (sürgün) edə bilirmiydi? Müstəqil olmasaydı, kəndi vətəndaşlarını Rus çekistlərinin əli ilə boğazlata bilirmiydi?

Öylə ha, Azərbaycan "kapitalist dünyası əlində bir müstəmləkə kibi qalsaydı" petrollarını bilahesab Moskvaya göndərə bilirmiydi? Və qızıl rus ordusunun məmləkəti işğalına imkan verərmiydi? Nihayət "aprel inqilabı" olmasaydı Moskva mujiklərinin üzünə həsrət qalan Azərbaycan köyləri Qarayev kibi "tövhə hökümran"lara nail ola bilirlərmidi?

"Aprel xəyanəti" ilə işlədikləri denöhətin məmləkət üçün sözün ən sərih mənasiylə bir əsarət olduğunu pəkəla anlayan bu rəzillər, heç olmasa icra etdikləri xəyanətdə olsun müstəqil olsaydılar, biz bunu kəndiləri üçün bəlkə də bir mərifət ədd edər, nə yapalım məmləkətin faydasını bunda görmüşlərdir - deyə onları haqlı görməsək də anlardıq. Halbuki zavallılar buna da layiq deyil, sözün tam mənasilə uşaqdırlar. Həm Azərbaycan, həm də Türkiyə mənasilə uşaq! Şimdi bu uşaqların qalxıb da hürriyət və istiqlaldan bəhs edişləri həqiqətən də gülüncdür.

Həm gülünc, həm də fəci...

"Yeni Qafqasiya", 28 Mayıs 1927, №17(86) 

MİLLƏTİN RUHU 

Həddini aşan qətl və edam xalqda artıq həyatın əhəmiyyət və qiymətini düşürmüşdür. Verilən qurbanları xalq irəlidə iqtibas olunacaq hürriyət və istiqlalın istehsalı üçün zəruri ədd etməkdədir. Bu günlərdə Orconikidze, əmələlər arasında tərtib eylədigi bir mitinqdə söz söylərkən əski gürcü əmələsindən bir zat kəndisinə xitabən: "Gürcüstan milləti Noe Jordaniyanın demokratizm haqqındakı təbliğatı ilə tərbiyə olunduğundan kəndisini pək əla tanır və sevər, fəqət yabancı gördügü sizlərlə heç bir zaman barışamaz" demişdir. Müdhiş diktator xalq hüzurunda söylənən bu sözə "Gürcü milləti bizi şüarlarımızla tanır" deməkdən başqa bir müqabelədə bulunamamışdır.

İştə görülüyor ki, bütün bu vəhşətlər mübariz xalq zümrələrinin ruhunu əzəməmişdir!

"Yeni Qafqasiya", 16 təşrini-sani (noyabr) 1924, №2

AZƏRBAYCANIN MƏHRUMİYƏTİ 

"Pravda" qəzetəsinin 168 nömrəli nüsxəsində (27 iyul 1927) yazıldığına görə Ermənistanda Kalakelan stasyonu civarında (Culfa-Bakı dəmir yolunda) böyük hidroelektrik stansyonunun təməli atılmışdır. Bu 3-cü stansyondur ki Ermənistanda yapılıyor. Erivanda Leninakan (Gümrü)də mövcud stansyonlara bir də bu 3-cüsü əlavə olunuyor. Bu stansyon 9 milyon 300 min rubləyə, fabrikası da 1 milyon 800 yüz min rubləyə tamamlana biləcəkdir. Əgər bu məbləğ üzərinə Erivan ilə Leninakan stasyonlarının məsarifi də əlavə edilirsə 22 milyon rublədən fəzlə bir yekun təşkil edər ki, Qafqasiyanın Qızıl canişinləri (əski Çar tərəfindən vali ümumilərə canişin deyərlərdi) başqa təxsisatdan sərfi-nəzər, şu məbləğ Erivan vilayətinin nisfini təşkil edən və min haysu-məcmu səkənəsi bir milyon zorla bulan Ermənistana sərf etmişlərdir.

"Elektrikləşdirmə" məlum olduğu üzərə bolşevik propağandasının əməli şüarlarından biridir. Fəqət nədənsə bu şüar elektrikləşməyə mövcud çağlayanları, axar suları və sonra suvarılmaqla adəta Misiri unutduracaq qədər münbit ovaları ilə çox istehqaq (ləyaqət, qiymət) qazanmış olduğu halda, Azərbaycan Cümhuriyəti bu günə qədər nail olmamuşdur. Bu məhrumiyətin nihayət bolşevik mətbuatınca da zəif də olsa, nəzəri-diqqəti calib olduğu görülmüşdür.

Halbuki Azərbaycanın şu surətlə ehmal olunmasına rəğmən Ermənistan boyuna elektrikləşiyor. Çarlıq dövründə Ledigarovlarla Xatisovların təsir və nüfuzu ilə zəngin Azərbaycandan toplanan vergiləri Ermənistanı sərf ediyorlardı, şimdi də eyni şəkildə davam ediyor. Yalnız fərq burasındadır ki Moskvadakı Vedigarov və Zavriyevləri Mikoyan və Qaraxanlar, Tiflisdəki Xatisov və Lazarevləri də Bekzadyanla Kasyan və Ambartsumyanlar təmsil ediyorlar. Anlaşıldığına görə bizim Azərbaycanı Tiflisdə təmsil edənlər kəndi xüsusi mənfəətlərinin mütəzərrir olması əndişəsilə "idarei-məsləhət" ediyorlar.

Əvət, elektrik stasyonu ibtida Azərbaycanın dağlıq qismində (ki böyük irmaqlar və dəli çaylar axıyor) təsisi zəruri idi. Bilxassə Şəki qəzası və Zaqatala sancağı bu təsisata pək mühüm yardım edə bilərlərdi. Məzkur 22 milyon rublə ilə elektrik tramvayları yaparaq Azərbaycanın şimalını, bilxassə Göyçay və Ərəş qəzalarının şimal qismini Yevlax və yaxud Ucar stasyonları ilə birləşdirmək mümkün olurdu.

Azərbaycan 2 vilayət: Gəncə, Bakı və bir sancaq Zaqataladan ibarət olub 3 milyondan fəzlə səkənəsi (sakini) vardır. Burası Ermənistandan 6 dəfə böyük və sərvəti dünyaca məşhurdur. Azərbaycanda yapılacaq elektrik stasyonuna 22 milyon degil, 132 milyon sərf etmək lazımdır. Azərbaycanın şimalındakı bilxassə Qax və Qutqaşen məntəqələrindəki irmaq və şəlalələr xüsusunda Qafqasiya mətbuatından 1911-1914 sənələrində pək çox yazılar yazılmış və əcnəbi mühəndislər vasitəsilə istiqşaf (kəşfiyat) yapılmışdı. Bu işə Tomanov Tiflisdən və Tağyanosov Bakıdan iştirak ediyorlardı. Mütəxəssilərin mətbuatdakı bəyanatına nəzərən Zaqatala və Şəki məntəqələrinin şəlaləri vasitəsilə oylə mühüm bir stasyon təsisi mümkündür ki bilümum Şimali Azərbaycanı tənvir və bu məntəqələri Zaqafqasiya dəmir yollarına zəpt etmək mümkündür.

Azərbaycanın müdirani-umuru Azərbaycnın tək bu ehtiyacını düşünmələri icab ediyordu. Halbuki nə gəzər Qızıl Ruslukdan da Azərbaycan siyah Rusluqdan çəkdigini çəkiyor. Petrol Azərbaycandan qəsb olunuyor müqabilində isə Azərbaycandan başqa hər yer elektrikləşdiriliyor.

Şəkili

"Yeni Qafqasiya", 1 eylül 1927, № 23(92) 

XALQ ƏDƏBİYYATI

Qövmlər və lisan

Bəşəriyyətin çöl halında yaşadığı və tarixi zəbt edəmədigi o dumanlı və qaranlıq əsrlərdə insanlar bir ailə təşkil edərək həpsi bir  lisanda söz söylərlərdi. İnsan nəsli çoxaldıqca, ehtiyacı iqtizasilə dünyanın müxtəlif cəhətlərinə yayılaraq, zaman və məkanın onlara böyük təsiri olduğundan kəndi fikirlərini və hissiyyatını müxtəlif lisanlarda ifadəyə başlamışlar.

Hər mühitin bir qism təsiri olduğundan insanlar bəşərə, sima, təsirat, şəkil və surətcə dəgişiklik peyda etdikləri kibi, lisanca dəxi müxtəlif şöbələrə ayrılmışdır. Bu lisan ixtilafından müxtəlif qövmlər təşkil olunaraq, hər qövm kəndinə məxsus bir lisan ilə təkəllümə başlamışdır.

Xəlq və dil həp bir şeydir; biri ruh, digəri bədəndir. Dil bir qövmün varlığı və mənliyidir. Bir dildə söz söyləyən qövm sayca yüz milyonlara belə baliğ olsa bir şəxs hökmündədir. Şəxsinə yetişən səadət və fəlakət insana nasıl təsir edərsə, qövmünə yetişən səadət və fəlakət də bir o qədər müəssirdir. O qövm bir gün kəndi dilini qeyb edərsə, kəndi varlığını, mənliyini qeyb etmiş və o gündən etibarən ismi cahan tarixindən silinmiş olur. 

Din və adət 

Bəşəriyyətin ibtidai və təfəvvuliyyət dövründə həmən olduq-ları qövmlər kibi, türk qövmü də həp bir tərzdə həyat sürür bir hal və şərait daxilində babalarından görüb götürdükləri adət və qanun mucibincə yaşarlardı. Dörd bir tərəfdən türklügü qucaqlayan təbiət içərisindəki canlı və cansız mövcudat həqqində məlumatları olmadı-ğından, onlara aid yalan-yanlış etiqad bəsləyərək ənasirə pərəstiş etmişlərdi. Yer, göy, günəş, ay onlara görə tanrı idi. Toprağa, suya, atəşə, ağaca və mədənə hörmət edər və müqəddəs gözilə baxarlardı. İnsanların əql və idrakı o qədər naqis və bəsit idi ki, kəndində olan qüdrət, sətvət və kəmalı dərk edəmiyərək heyvanlar dəxi insanlar kibi hər şeyə qadir və mütəkəllim olduqlarına, təbiət isə insan və heyvandan daha qüvvətli və iqtidarlı, işıq, qaranlıq, iyi və kötü ruhlardan mürəkkəb və daima bir-birlərilə çarpışmaqda davam etdiklərinə iman edərlərdi. Türklərin ənasirə tapınması və onlar həqqində böylə fikir və etiqad bəsləməsi pək təbii idi. Zira ki, kəndi iqtidar və fəaliyyətindən istifadə edəməyən sadə xəlq təbiətin müxtəlif hal və hərəkətindən mütəəssir olaraq üzərində təbiətin nüfuz və hakimiyyətini hiss etdigindən, nəhayət təslimə məcbur olmuş və kəndi həyat, məmat, səadət və fəlakəti də təbiətin yədi-iqtidarında olduğuna bütün qəlbilə inanaraq, onu canlı, bacarıqlı bir şey fərz etdigindən "Tanrı" deyə tanımışdır. Əski türk tarixində türklərin birinci xaqanı "Oğuz" xanın Ay Xan, Gün Xan, Göy Xan, Dəniz Xan, Dağ Xan - deyə yad olunan oğlanlarının hər birisinə tapındıqları bir tanrının namını vermiş olması dəxi türklərin təbiətə pərəstiş etdiklərinə dəlildir.

Türklər bu ənasiri, bu ruhları kəndilərindən razı salmaq üçün qurbanlar götürüb kəsərlərdi.

Adətlərinə gəlincə, türk qövmü tanrılarını sevdikləri kibi, böyüklərini də sevər və ehtiramlarını saxlarlardı. İçlərində "Böyügünü tanımayan, tanrısını da tanımıyor" məşhur məsəldir.

Miras məsələsi isə türklərdə bam-başqadır. Həqiqi varis on-larda övladın ən kiçigidir. "Təkin" etdikləri ocaq mühafizi, ev bəkçisi həp bu çocuqdur. İqtidar və əmlakını övladı arasında istədigi kibi təqsim etmək də ailə rəisinin həqqidir. Heyvanlar arasında ən ziyadə atı sevərlər. At onların övladı kibidir. Ətini yeyər və südündən də qımız yaparaq sevə-sevə içərlər. Türklərdə qadınlar pək sərbəstdir. Onlar yalnız ev xanımı degil, ərkəklərin müharibə işlərinə belə qarışır, bir qardaş kibi bütün səadət və fəlakətlərinə iştirak edər. 

Ədəbiyyat 

Dünyada dilsiz, dinsiz bir qövm təsəvvür etmək mümkün olmadığı kibi, kəndinə məxsus ədəbiyyatı olmayan bir qövm də təsəvvür olunamaz. Əql, idrak və fikircə nə qədər bəsit və məhdud olursa olsun tarixinin birinci dövrlərində sənət işlətməyən bir qövm yoxdur. Hər qövm ruhuna, həyatına və mühitinə münasib bir ədəbiyyat yaratmış. Ədəbiyyat ümumiyyətlə ikiyə təqsim olur: xəlq ədəbiyyatı və yazı ədəbiyyatı.

Xəlq ədəbiyyatı kimlər tərəfindən söylənmiş olduğunu bilmək nə qədər güc isə, sənətin də nə zamanda doğduğunu göstərmək bir o qədər müşküldür. Sənət bəşəriyyətlə bərabər, hənuz elm, məzhəb və din zühur etmədigi əsrlərdə doğduğu iddia edilir. İnsanlar fikir və məlumatca məhdud, müsavi, bir-birinin eyni olduqlarından bir fərdin nəzəriyyəsi başqalarına bir qanun hökmünə keçir və bir hadisə həpsində eynilə bir qism təəssürat və hissiyyat doğuruyordu. İştə bu təəssüratını zaman-zaman oxşayaraq bugünki zəngin və gözləri qamaşdıracaq dərəcədə xəlq ədəbiyyatımız vücuda gəlmişdir. Təəssürat ümumi olduğu üçün də xəlq tarixçəsinin şəkli-idarə, tərzi-həyat, təəssürat və idealının əksi olan ədəbiyyatını sevə-sevə o tufanlar görmüş, böhranlar keçirmiş, bayramlar, matəmlər ocağı olan sinəsində tarixlərin nəzəri-nüfuzu yetişəmədigi zamanlardan bəri mühafizəyə müvəffəq ola bilmişdir. Xəlq ədəbiyyatında bir fərd kəndini, əfkari-hissiyyatını və gördügü kibi xəlq də eyni bir şəxs kibi əhvali-ruhiyyə və təəssürati-milliyyəsinin tərcümanı olan ədəbiyyatına kəndi malı kibi baxmışdır. İştə ədəbiyyata xəlqin kəndi malı kibi baxması və onu hər fərdin mənimsəməsi zaman iqtizasınca az-çox dəyişikliklər vücuda gətirmiş və ağızlarda söylənirkən hər kəs kəndi anlamadan cüzi təğyir və təbdil edə bilmişdir. Bu təğyir və təbdil xəlqin qüvvəyi-xəyaliyyə və fikriyyəsinin yüksəlməsinə xadim olmuşdur.

Xəlq ədəbiyyatı nağıl, masal, hekayə, nəğmə, bayatı, atalar sözü, tapmaca, yanıltmacdan ibarətdir.

Xəlq ədəbiyyatının birinci dövrü əsatir ilə başlar. Fəaliy-yətsiz və sönük bir dimağın vücuda gətirdigi şu əsassız mövhumi-xəyalat birinci dövrdə həp din və etiqada mübnidir. Yer, göy, günəş və ayı tanrı tanıdıqları kibi, o zaman məliki dağ pərisi, su pərisi olduğuna etiqad etmişlər.

Əski nağıllarımızda və nəğmələrimizdə əsatiri "simvol" müşahidə olunmaqdadır.

Sürəkli yağmurlar yağarkən köy çocuqları bir təpəyə toplanıb həmahəng olaraq oxurlar:

"Gün çıx, gün çıx,
Kəhər atı min çıx!
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür qaç!"
"Gün getdi su içməgə,
Qırmızı don biçməgə.
Gün gedibdi yetirəcək,
Qarı yerdən götürəcək.
Keçəl qızı götürəcək.
Duman qaç, duman qaç,
Səni qayadan asarlar,
Buduna damğa basarlar."

Təbiətə tapınan babalarımız təbiət ruhlardan mürəkkəb və on-ların da pəri və qız şəklində olduğuna inanıyorlardı. Təbiətə qan və can verdigi üçün ümumiyyətlə təbiətpərəstlərdə günəşə daha böyük hörmət var. Onu allahların allahı zənn edərlər. Günəş gənc və dilbər bir qız kibi kəhər atına minərək, qırmızı donunu geyinərək çıxmasını və uzun saçlı qızı (yağmuru) götürüb qaçmasını isterham edərlər.

Əsatiri simvol nağıllarımızda daha aydın müşahidə olunur.

Dünyanın pək uzaq bir guşəsində qalın bir orman içində ki "oraya quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar" bir orman mələyi yaşar ki, bütün məxluqatın qəzavü-qədəri onun əlindədir, istədigi kibi yazar, pozar.

Bu qism əsatiri nağıllarımızda dağ çeşmələri: ölüm, sehr və ya dirilik suyudur. Ceyran qəlibinə girmiş bir qız gözəllik pərisidir. Ağ qoç və simurq quşu səadət və işıq mələkləri, qırx qeysər ağ südü ab-həyat və qızıl alma bağı əyləncə məclisidir. Qır atı, yel atı, su atı, pəri cinsindən olub müharibə oyunlarında, yarışlarda tale arxasına düşən sahibinə böyük müvəffəqiyyətlər qazandırıyor, dənizlərdən aşıyor, alov dəryalarından atlıyor. Bunlar iyi ruhların timsalı olduğu kibi, yeddi başlı div, xortdan, əjdaha, hal anası, süpürgəsaqqal, cin və bunlar kibi müdhiş qorxunc mövhumat da kötü ruhların timsalıdır. Nağıllarda ən adi şeylərin də böyük rolları var: süfrə minlərcə insanları doyurur, xalça havaya uçaraq bir təyyarə vəzifəsini görüyor. Papaq, yumurta, göyərçin, düdük və bunlar kibi pək adi şeylər böyük müvəffəqiyyətlərə səbəbiyyət veriyor.

"Yeddi saçlı pəri" qəza işini görəcək, "Məlikməhəmməd" əsatiri dövri nağıllarımızdandır.

Nağıllarda ümumiyyətlə zaman və məkan təyin edilməz, günlərin bir günündə, zamanların bir zəmanəsində - deyə başlar. Vaqeənin nərədə və nə zaman vaqe olduğu da göstərilməz.

İkinci dövr həyata aid nağıllardır ki, xəlq əsatirdən tama-milə silkinib qurtulamadığı halda kəndi həyatını, tərzi-ifadə və şəkli-hökumətini aydın və parlaq bir surətdə təsvir edər. Roman tərzində olan nağıllarımız həp əski məişətlərimizdir.

"Fatma xanım", "Narxanım", "Üç bacı", "Əyri və doğru", "Dikançı" və bunlar kibi bir çox nağıllarımız babalarımızın əski dövrdəki həyatını, tərzi-idarə və hökumətini bəyan edər.

Heyvanata aid nağıllarımızı da unutmayalım. Nağıllarımızda heyvanlar da əql və idrak sahibi olan insanlar kibi söz söylər və mühakimə edər. İnsanlar daha çöl halında yaşarkən hər qədəmdə təsadüf etdikləri heyvanlarla daima çarpışmaq məcburiyyətində olduğundan onlar da insan kibi əql, lisan və iqtidar sahibi olduqlarına iman etmişlərdi.

"İstiqlal" məcmuəsi, 28 May 1919 

AZƏRBAYCAN MİSAQİ MİLLİSİ 

Mühərrirlərimizdən Məhəmmədzadə Mirzə Balanın 28 Mayıs Azərbaycan İstiqlal Bəyannaməsinin təhlilinə mütəzəmmin olub vaxtilə "Yeni Qafqasiya"da intişar edən məqalələri meydani-intişara vəz edilmişdir. Milli Azərbaycan Nəşriyatının 5-ci sayısını təşkil edən bu 3 formalıq risalənin fiyatı 15 quruşdur.

"Yeni Qafqasiya", 28 May 1927, № 17 

Sual: Milli Azərbaycan nəşriyatının bu risalələrini indi kim nəşr edib müasir oxuculara təqdim edəcək? Cavabını gözləyirik!

(Ardı var)

 





07.05.2019    çap et  çap et