525.Az

Əli Əhmədovdan beynəlxalq təşkilatlara Qarabağ çağırışı


 

Əli Əhmədovdan beynəlxalq təşkilatlara Qarabağ çağırışı<b style="color:red"></b>

"Bizim torpaqlarımıza Azərbaycanın icazəsi olmadan kiminsə səfər etməsini qətiyyətlə pisləyirik. Bunu Azərbaycan sərhədlərinin pozulması və ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi hesab edirik".

ONA xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın yenidən Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O, eyni zamanda, beynəlxalq birlik və təşkilatları, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunu və onların vəzifədə olan insanlarını bu cür hallara göz yummamağa və kəskin reaksiya bildirməyə çağırıb:

"Əlbəttə ki, danışıqlar prosesinin getdiyi dövrdə bu cür səfərlər ümumi anlaşmanın yaranmasına mənfi təsir göstərir və tərəflər arasında qarşıdurmanı bir az da artırmış olur, beləliklə də, mövqelərin yaxınlaşması, lazım olan sülh müqaviləsinin əldə edilməsi işinə öz mənfi təsirini göstərir".

Ə.Əhmədovun fikrincə, bütövlükdə bu cür halların yaşanmasının əsas səbəbi ondan ibarətdir kiölkəmiz bu ərazilərə nəzarət edə bilmir, beynəlxalq qurumlar isə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bilmir:
“Belə olan halda biz təbii ki, beynəlxalq qurumlardan tələb etmək məcburiyyətindəyik ki, bu cür halların qarşısını almaq üçün daha kəskin tədbirlər görsünlər. Nəhayət, müşahidəçi rolundan əl çəksinlər və real işlərlə məşğul olsunlar”.

 





07.05.2019    çap et  çap et