525.Az

“Şuşanın dağları qara dumanlı” sənədli filminin təqdimatı oldu - Fotolar


 

“Şuşanın dağları qara dumanlı” sənədli filminin təqdimatı oldu - <b style="color:red">Fotolar </b>

Mayın 7-si Beynəlxalq Mətbuat Mərkəzində “Şuşanın dağları qara dumanlı” adlı sənədli filminin təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, film 27 il öncə Şuşanın işğalı zamanı çəkilən kadrlar əsasında hazırlanıb.

İlk olaraq sənədli film nümayiş olunub.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov, Milli Məclisin deputatı Aqil Abbas və başqaları Şuşanın tarixi keçmişindən və işğalından söz açıblar.

Ekran əsərləri başımıza gətirilən müsibətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından yüksək qiymətləndirilib.

Qeyd edək ki, sənədli filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərovdur.

 





07.05.2019    çap et  çap et