525.Az

Xasiyyət Rüstəm Özbəkistanın ən nüfuzlu media mükafatına layiq görüldü


 

Xasiyyət Rüstəm Özbəkistanın ən nüfuzlu media mükafatına layiq görüldü<b style="color:red"></b> Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəm Özbəkistanın ən nüfuzlu "Altun qələm" media mükafatına layiq görülüb.

Adıçəkilən mükafat Özbəkistanda ildə bir dəfə olmaqla ən tanınmış media nümayəndələrinə verilir.

Qeyd edək ki, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişlənməsində çox böyük əhəmiyyətə malik olan "Kitab dünyası" qəzeti Özbəkistanın ən nüfuzlu nəşrlərindən sayılır.
 





08.05.2019    çap et  çap et