525.Az

Energetika naziri: "Azərbaycan OPEC+ çərçivəsində öhdəliyini yerinə yetirir"


 

Energetika naziri: "Azərbaycan OPEC+ çərçivəsində öhdəliyini yerinə yetirir"<b style="color:red"></b>

"Azərbaycan aprel ayından hasilatın azaldılmasına nail olub və OPEC+ çərçivəsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirir".

"Report" xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazovjurnalistlərə bildirib.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. I rüb ərzində hasilatın bu həcmdə azaldılmasına nail olunmamışdı.

Nazir aprel ayından OPEC+ çərçivəsində öhdəliklərin yerinə yetirilməsi göstəricilərinin yaxşılaşacağını bildirmişdi.

 





08.05.2019    çap et  çap et