525.Az

Nazir müavini: "IFC ilə imzalanan saziş üç komponenti əhatə edir"


 

Nazir müavini: "IFC ilə imzalanan saziş üç komponenti əhatə edir"<b style="color:red"></b>

Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanan saziş üç komponenti əhatə edir. ONA-nın xəbərinə görə, bunu Azərbaycan hökuməti ilə IFC arasında əməkdaşlıq sazişlərin və anlaşma memorandumlarının imzalanma mərasiminə həsr olunan mətbuat konfransında çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, birinci komponent sahibkarlıq fəaliyyətinin dövlət tənzimləməsinin təkmilləşdirilməsi, ümumilikdə, dövlət qurumları tərəfindən yoxlamaların aparılması sistemində islahatların davam etdirilməsi, risk əsaslı yoxlamalar vasitəsilə biznes qeydiyyatı sahəsində islahatların aparılması və risk meyarları əsasında yoxlamalara  keçidin təmin olunmasını nəzərdə tutur.

"İkinci komponent birbaşa investisiyalar üzrə milli strategiyanın hazırlanması və investisiya siyasəti və təşviqi sahəsində hüquqi və inzibati çərçivəni təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasını, üçüncü komponent isə “Doing Business” göstəricilərini biznesin həyata üzrə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırılması məqsədilə aparılan islahatlara dəstək göstərilməsidir", -  deyə nazir müavini bildirib.

Nazir müavini həmçinin bildirib ki, Azərbaycanda 72 layihə üzrə IFC vasitəsilə 500 mln. ABŞ dolları çərçivəsində dövlət zəmanəti olmayan kredit, həmçinin Bakı-Tbilisi-Ceyhan layihəsinə 250 mln. dollar kredit ayrılıb.

Qeyd edək ki, bu gün IFC və Azərbaycan hökuməti arasında üç əməkdaşlıq sazişi və üç anlaşma memorandumu imzalanacaq. Əməkdaşlıq sazişləri lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan hökumətinə investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə və birbaşa xarici investisiyaların cəlbi siyasəti və təşviqi çərçivəsini inkişaf etdirilməyə yardım edəcək.

 





08.05.2019    çap et  çap et