525.Az

Azərbaycan sülhməramlılarının növbəti bölməsi Əfqanıstana yola düşəcək


 

Azərbaycan sülhməramlılarının növbəti bölməsi Əfqanıstana yola düşəcək<b style="color:red"></b>

Oktyabrın 1-də Azərbaycan sülhməramlı kontingentinin növbəti bölməsi Əfqanıstana yola düşəcək.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
 
Azərbaycan hərbçiləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrin (İSAF) tərkibində 2014-cü ili aprel ayınadək xidmət edəcək.
 
Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir.
 
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlıları 2002-ci ilin noyabr ayından Əfqanıstanda İSAF tərkibində xidmət edir. Hazırda Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.

 





30.09.2013    çap et  çap et