525.Az

Bakı-Tiflis-Qars sərnişin qatarı avqustda istifadəyə veriləcək - Qiymətlər


 

Bakı-Tiflis-Qars sərnişin qatarı avqustda istifadəyə veriləcək - <b style="color:red">Qiymətlər </b>

Bakı-Tiflis-Qars (BTQ) sərnişin qatarı bu ilin avqustunda istifadəyə veriləcək.

ONA-nın "railturkey"ə istinadən verdiyi xəbərə görə, ötən ayın sonunda Azərbaycan və Türkiyə Dövlət Dəmir Yolları idarələri arasında bununla bağlı razılaşma əldə edilib.

Razılaşmaya əsasən, 10 vaqondan ibarət qatar həftədə 1 dəfə Azərbaycandan Türkiyəyə və əks istiqamətdə hərəkət edəcək. Gələm ildən qarşılıqlı səfərlərin sayı həftədə 2 dəfəyə çıxacaq.

Bakıdan Qarsadək səfər müddəti 40 saatdır. Əvvəlcədən bunun 38 saat olacağı bildirilsə də, sərhədlərdən keçərkən yoxlamaların aparılmasına görə bu müddət 2 saat uzanacaq.

Qatara biletlərin qiyməti 96-220 manat arasında dəyişəcək. Bu, avtobus qiymətlərindən yuxarı, təyyarə qiymətlərindən aşağıdır.

Qatarda 53 ekonom, 4 ailə, 8 lüks kabinet, restoran var. Səfər müddətində sərnişinlərə yemək Azərbaycan Dəmir Yolları tərəfindən veriləcək.

 





08.05.2019    çap et  çap et