525.Az

"Qalatasaray"ın yeni baş məşqçisi bəlli oldu


 

"Qalatasaray"ın yeni baş məşqçisi bəlli oldu<b style="color:red"></b> Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisinin kimliyi müəyyənləşib. 

Qol.Az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, "Cim Bom" son iş yeri "Mançester Siti" olan Roberto Mançini ilə razılığa gəlib.

Dünən Türkiyəyə gedən italiyalı mütəxəssis klubun idarə heyətinin üzvü Lütfi Arıboğanla görüşüb. "Qalatasaray" Mançiniyə 2 illik müqavilə təklif edib və bu təklif baş məşqçi tərəfindən qəbul olunub. 

Razılığa əsasən baş məşqçinin illik 4.5 milyon avro qazanacağı bildirilib. Rəsmi imzalanma mərasiminin bu gün baş tutacağı gözlənilir. Bununla da, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matça yeni baş məşqçisi ilə çıxacaq.

Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" matçı oktyabrın 2-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 





30.09.2013    çap et  çap et