525.Az

Sabirabadda ağır qəza: bir ailənin iki üzvü öldü, ikisi yaralandı - Yenilənib


 

Sabirabadda ağır qəza: bir ailənin iki üzvü öldü, ikisi yaralandı - <b style="color:red">Yenilənib </b>

Sabirabad rayonunun Kovlar kəndi ərazisində baş vermiş yol qəzasında dünyasını dəyişən və xəsarət alanların şəxsiyyəti məlum olub.

ONA-nın yerli bürosunun məlumatına görə, Şamaxı rayon Göy Göylər kənd sakini, 1983-cü il təvəllüdlü Nuhiyev Arzum Sabahəli oğlunun idarə etdiyi 56-BC-449 qeydiyyat nişanlı, "VAZ 2106" markalı avtomobilin su kanalına düşməsi nəticəsində sürücünün atası, 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu və qardaşı, 1980-ci il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu dünyasını dəyişib.

Sürücü özü və onun anası, 1958-ci il təvəllüdlü Nuhiyeva Atlas Lələ qızı xəsarət alaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadının vəziyyəti daha ağırdır.

*** 8 may, 23:37

Sabirabad rayonunda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişən və xəsarət alan şəxslərin hamısı bir ailənin üzvləridir.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, "VAZ 2106" markalı avtomobilin yoldan çıxaraq kanala aşması nəticəsində ata ilə oğul dünyasını dəyişib.

Ailənin digər oğlu və ana xəsarət alaraq xəstəxanaya çatdırılıb.

*** 8 may, 22:48

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Surra-Padarçöl kəndləri arasındakı yolda baş vermiş qəzada "VAZ 2106" markalı minik maşını aşıb.

Bildirilir ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Daha 2 nəfər xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb olunub.

Hazırda təfərrüatlar araşdırılır.

 





09.05.2019    çap et  çap et