525.Az

Bu gün elektrik enerjisinin verilişində fasilə yaranmayacaq - Yenilənib


 

Bu gün elektrik enerjisinin verilişində fasilə yaranmayacaq - <b style="color:red">Yenilənib </b>

Bu gün elektrik enerjisinin verilişində fasilə yaranmayacaq.

Bu barədə ONA-ya “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, bayramla əlaqədar olaraq yenidənqurma işləri təxirə salınıb.

*** 12:08

Bu gün saat 13:30-dan 16:00-dək  Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu  Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri,  28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin  elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bu, "110 kv-luq Xırdalan hava xətti"ndə aparılan yenidənqurma  işləri ilə əlaqədardır.

Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

 





09.05.2019    çap et  çap et