525.Az

Arif Məlikov dəfn edildi - Yenilənib


 

Arif Məlikov dəfn edildi - <b style="color:red">Yenilənib </b>

Xalq artisti, bəstəkar Arif Məlikov dəfn edilib.

ONA-nın məlumatına görə, bəstəkar I Fəxri Xiyabanda torpağa tapşırılıb.

*** 15:29

Bakı Musiqi Akademiyasında xalq artisti, bəstəkar Arif Məlikovla vida mərasimi başa çatıb.

ONA-nın məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Bəstəkar bu gün I Fəxri Xiyabanda torpağa tapşırılacaq. 

*** 14:06

Hazırda Bakı Musiqi Akademiyasında Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilir.

ONA xəbər verir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, mərhumun dostları, bəstəkarlar, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edir.

Vida mərasimindən sonra Arif Məlikov I Fəxri xiyabanda torpağa tapşırılacaq.

 





09.05.2019    çap et  çap et