525.Az

9 Mayla bağlı nəşrlər sərgisi


 

9 Mayla bağlı nəşrlər sərgisi<b style="color:red"></b>

Mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Böyük Vətən müharibəsində qələbənin 74-cü ildönümünə həsr edilmiş "9 may - Faşizm üzərində qələbə günüdür" adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın tarixi, faşizm üzərində qələbədə igidlik göstərən qəhrəman oğul və qızları, Bakı nefti haqqında yazılmış Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





09.05.2019    çap et  çap et