525.Az

Misir Mərdanov: "İnternetdən istifadə edən müəllimlərin sayı artmaqdadır"


 

Misir Mərdanov: "İnternetdən istifadə edən müəllimlərin sayı artmaqdadır"<b style="color:red"></b>

Təhsil Nazirliyi tərəfindən hər il məktəblərdə informasiya-kommunikasiya texnologiyalarından necə istifadə olunması ilə bağlı monitorinq keçirilir.

Bu barədə 525-az-a təhsil naziri Misir Mərdanov məlumat verib.

M.Mərdanov deyib ki, keçirilən monitorinqin nəticələri məktəb direktorlarının iştirakı ilə müzakirə edilir, hər hansı bir neqativ hallar aşkarlanarsa, lazımi tapşırıqlar verilir. Nazirin sözlərinə görə, ildən-ilə belə tipli məsələlərin sayı azalmaqdadır:

“Təhsil sistemində İKT avadanlıqlarından istifadə edilməsi və tədrisin müasir standartlara uyğun səviyyədə keçirilməsi üçün müvafiq işlər görülür. İnternetdən istifadə edən müəllimlərin, şagirdlərin və məktəblərin sayı isə ildən-ilə artmaqdadır. Məktəblərdə şagird-kompyuter nisbətinin 1:1-ə endirilməsi nəzərəd tutulur. Bu istiqamətdə də Təhsil Nazirliyi tərəfindən lazımi tədbirlər həyata keçirilir”.

S.QARAYEVA

 





10.10.2012    çap et  çap et