525.Az

"Saipem": Gəmidə qəza "Şahdəniz-2" çərçivəsində aparılan işlər zamanı baş verib


 

"Saipem": Gəmidə qəza "Şahdəniz-2" çərçivəsində aparılan işlər zamanı baş verib<b style="color:red"></b>

İtaliyanın "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində qəza Xəzərin Azərbaycan sektorunda həyata keçirilən "Şahdəniz" neft-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılan işlər zamanı baş verib.

"Saipem" şirkətindən ONA-ya verilən məlumata görə, hadisə boruçəkmə əməliyyatları çərçivəsində texniki-profilaktik işlərinin aparılması zamanı baş verib.

Neft-qaz bazarında olan başqa mənbə ONA-ya bildirib ki, "İsrafil Hüseynov" borudüzən gəmisində "Şahdəniz-2"ə artıq bir neçə ildir çalışır, o da ondan irəli gəlir ki, layihə çərçivəsində böyük həcmdə sualtı işlərin aparılması nəzərdə tutulub. "Şahdəniz-2" layihəsi çərçivəsində çox geniş sualtı hasilat və nəql sistemi yaradılıb.

Qeyd edək ki, hadisə zamanı 14 nəfər müxtəlif dərəcələ xəsarət alıb. Yaralılar arasında Azərbaycan, İtaliya, İngiltərə, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşları var. "Saipem"in məlumatına əsasən, bütün yaralılara lazımi tibbi yardım göstərilib.

 





10.05.2019    çap et  çap et