525.Az

“Azərbaycan Cənubi Qafqazda əhali artımının müşahidə olunduğu yeganə ölkədir”


 

“Azərbaycan Cənubi Qafqazda əhali artımının müşahidə olunduğu yeganə ölkədir”<b style="color:red"></b>

Azərbaycan Cənubi Qafqazda həm ölkə miqyasında, həm də regionlar üzrə əhali artımının müşahidə olunduğu yeganə ölkədir.

“Trend” bu barədə Dünya Bankının “South Caucasus in Motion” hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, 2010-2015-ci illərdə orta artım tempi 1,3 faiz təşkil edib.

Əhalinin 53,1 faizi şəhərlərdə yaşayır.

Qeyd olunur ki, 2000-2015-ci illərdə Azərbaycanda ümumi daxili məhsul orta hesabla ildə 11 faiz artıb: “Bu əhəmiyyətli artıma yüksək sosial transfertlər sayəsində yoxsulluğun azaldılması və real əməkhaqqının kəskin artımı səbəb olub. Ölkədə adambaşına düşən real ümümi daxili məhsulun orta illik artımı Abşeron iqtisadi rayonunda 3 faiz, Naxçıvan Muxtar Respulikasında 10 faiz arasında dəyişir”.

Qeyd edək ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə üzv olub. Bu müddət ərzində bank ölkəyə 50-dən çox layihənin icrası üçün, ümumilikdə, 3 milyard dollardan çox kredit verib. Hazırda Dünya Bankı 7 layihənin icrası üçün Azərbaycana 1,5 milyard dollara yaxın kredit ayırıb. Bununla yanaşı, bank ölkəyə 1995-2014-cu illər ərzində 45 qrant layihəsi üçün 41, 586 milyon dollar həcmində vəsait verib.

 





10.05.2019    çap et  çap et