525.Az

Bakı avtovağzalında sərnişinlər üçün yeni xidmət


 

Bakı avtovağzalında sərnişinlər üçün yeni xidmət <b style="color:red"></b>

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir neçə müddət öncə fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yeni xidmət yaradılıb.

Avtovağzal Kompleksindən ONA-ya verilən məlumata görə, sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz şəkildə daşıya bilər. Arabalar Nəqliyyat Qovşağında onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə yerləşdirilib.

“Sərnişinlərdən arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün təyin olunan yerdə saxlamaları xahiş olunur. Hazırda 20 araba mövcuddur, bir neçə günə sayı artırılacaq”, - deyə Avtovağzal Kompleksindən bildirilib.

 





10.05.2019    çap et  çap et