525.Az

Moldovalı rəssamlar qrupu Azərbaycana gəlib


 

Moldovalı rəssamlar qrupu Azərbaycana gəlib<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Moldovadakı səfirliyinin birgə təşkilatçılığı ilə moldovalı rəssamlar Tatyana Frunze, Aleksandr Alavatski, Yakov Tixman və İlie Aleksandr Leunun Azərbaycana yaradıcılıq səfəri başlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “525”ə verilən məlumata görə, səfər zamanı Moldova rəssamları azərbaycanlı həmkarları ilə birlikdə Bakı və onun ətrafını gəzərək rəsmlər çəkəcəklər.

Sentyabrın 30-dək davam edəcək səfərin sonunda “Qalereya 1969”da birgə yekun sərgi keçiriləcək. Qeyd edək ki, tədbir Azərbaycanla və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2012-ci il 26 aprel tarixli üçüncü iclasının Protokoluna əsasən təşkil olunur.

Bundan əvvəl, yəni iyunun 21-dən 27-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə azərbaycanlı rəssamlar Nazim Məmmədov, Nazim Şamxorov, Anar Hüseynzadə və Aqşin Kazımovun Moldovaya səfəri təşkil olunub. Səfərin sonunda 4 Azərbaycan və bir o qədər də Moldova rəssamının iştirakı ilə Kişineuda sərgi təşkil edilib.

S.ABDULLAYEVA

 





30.09.2013    çap et  çap et