525.Az

Ramazan münasibətilə iftar verildi - Foto


 

Ramazan münasibətilə iftar verildi - <b style="color:red">Foto</b>

Mayın 10-da Müqəddəs Ramazan ayı və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli tədbir keçirib.  

Tədbirdə Ulu öndər Heydər Əliyev və müqəddəs vətən şəhidləri rəhmətlə anılıb.

Sonra çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli Ramazan ayının İslam tarixində xüsusi yerə malik olduğunu diqqətə çatıdırıb: “Bu ayın fəzilətindən irəli gəldiyi üçün təsadüfən “11 ayın sultanı” adlandırılmır. Ramazan ayının mənəvi həyatımızda əhəmiyyəti olduqca böyükdür. Hər bir müsəlman bu ayda xeyirxah əməllərə sahib olmağı bacarmalıdır. Məhz bu kimi addımlar hər bir insanın mənəvi həyatını zənginləşdirər”.    

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Camal Əzimbəyli tədbirin və iftar süfrəsinin "Cənnət” Şirkətinin dəstəyi ilə təşkil olunduğunu diqqətə çatıdırıb. O, müqəddəs Ramazan ayının mübarək fəzilətlərindən söz açıb: “Məhz bu ayda Allah-Təala tərəfindən Qurani-Kərim insanlara nazil olunub. Belə bir müqəddəs ayda Azərbaycanın, millətimizin birlik və bərabərliyinin mühafizə olunması, eləcə də işğalda olan doğma torpaqlarımızın azadlığı üçün dua etmək imandandır. Uca yaradan hər birimizə işğaldan azad olunacaq Qarabağ torpaqlarında iftar süfrələri açmağı nəsib etsin!

Onu da qeyd edim ki, bu ayda edilən savab əməllər isə Allah dərgahında heç vaxt cavabsız qalmır. Ona görə də şəhid, qazi ailələrini Ramazanda daha çox ziyarət etmək və onları sevindirmək, xeyirxah işlər görmək bu ayın şəninə hörmət əlamətidir. Bu ilahi fürsəti qaçırmayaq”.  

Tədbirdə iştirak edən ilahiyyatçı alimlər Elvüsal Məmmədov, Ağa Hacıbəyli, Mirhəmid Məmmədov, Aslan Həbibov, “Heydər Məscidi”nin imamı Rza Rzayev də Ramazan ayının fəzilətləri barədə geniş söz açıblar.

 





11.05.2019    çap et  çap et