525.Az

Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü


 

Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü<b style="color:red"></b>

Mayın 11-də Bakı Kitab Mərkəzinin "Yazıçı ilə dialoq" layihəsinin növbəti qonağı şair, kinodramaturq Ramiz Rövşən olub.

Mərkəzdən verilən məlumata görə, şair görüşdə həyatı, yaradıcılığı, ədəbiyyata gəlişi haqqında söz açıb, oxucuların suallarını cavablandırıb.

Daha sonra o, uşaq ədəbiyyatında mövcud olan problemlərdən, tərcüməçilik fəaliyyətindən söz açıb, şeirlər haqqında düşüncələri ilə bölüşüb, dünya klassiklərdən kəlamlar oxuyub.

Görüşdə R.Rövşən yeni “Sevgi açarı” kitabını da təqdim edib, ilk dəfə çap olunmuş gənclik dövrü, eləcə də məşhur şerlərini səsləndirib.

Sonda şair oxucular üçün kitab imzalayıb.

 





11.05.2019    çap et  çap et