525.Az

Ümummilli Liderlə bağlı nəşrlər sərgilənir


 

Ümummilli Liderlə bağlı nəşrlər sərgilənir<b style="color:red"></b>

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illik yubileyi və anadan olmasının 96-cı ildönümü münasibətilə uzunmüddətli sərgi təşkil edib.

Sərgidə "Milli mənəvi dəyərimiz", "Üstün zəka", "Heydər Əliyev və Azərbaycanda milli siyasət" (Hidayət Orucov), "Azərbaycanda aqrar islahatlar" (Qərib Məmmədov), "Millətin atası" (Hüseynağa Mirələmov), "Xilaskar" (Eldar Elduası), "Böyük öndər" (Eldar İsmayıl), "Heydər Əliyev və kinematoqraf" (Aydın Kazımzadə), "Heydər Əliyevin dil siyasəti" (Vilayət Əliyev), "Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi" (Məlahət Həsənova), "Müdrikliyin zirvəsi" (Balayar Sadiq), "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" (Abuzər Xələfov), "Bir taledə iki ömür. Xatirələr və düşüncələr" (Teymur Yəhyayev), "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" və digər kitablar nümayiş olunur.

Sərgidə nümayiş etdirilən kitablar haqqında məlumat MEK-in elektron kataloqunda əks olunub. Kitablar e-formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib. Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında MEK tərəfindən hazırlanmış videofilm kitabxananın oxucularına və ziyarətçilərinə gün ərzində nümayiş etdirilir.

ŞAHANƏ

 





12.05.2019    çap et  çap et