525.Az

Milli Kitabxanada "Məmməd Cəfər-110" sərgisi


 

Milli Kitabxanada "Məmməd Cəfər-110" sərgisi<b style="color:red"></b>

Milli Kitabxanada açılan növbəti kitab sərgisi görkəmli ədəbiyyatşünas və tənqidçi, AMEA-nın həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr olunub.

Mayın 10-da açılan "Məmməd Cəfər-110" adlı sərgidə alimin Azərbaycan və müxtəlif dillərdə nəşr olunan əsərləri, haqqında yazılan kitablar, redaktoru olduğu, ön söz yazdığı, tərcümə etdiyi, rəy verdiyi kitablar və dövri mətbuat materialları nümayiş edilir. Sərgi bir həftə davam edəcək.

Şahanə MÜŞFİQ

 





12.05.2019    çap et  çap et