525.Az

Rusiyada Facebooka qadağa qoyula bilər


 

Rusiyada Facebooka qadağa qoyula bilər<b style="color:red"></b>

Rusiya hökuməti Facebook sosial şəbəkəsinə bu ölkədən girişinə qadağa qoyulacağı ilə bağlı xəbərdarlıq edib. Buna səbəb sosial şəbəkədə tütün məmulatı reklamının yayılmasıdır. Sözü gedən reklamın Facebookdan silinməsi üçün üç gün vaxt verilib. Rusların tələbi nəzərə alınmasa, bu şəbəkə ölkədə qara siyahıya salınacaq.

Rusiyanın Roskomnadzor təşkilatının nümayəndəsi Vladimir Pikov qeyd edib ki, sosial şəbəkədəki tütün reklamı ilə bağlı onlara çoxsaylı şikayət daxil olub.

Qeyd edək ki, sözügedən reklam Facebook-da sentyabrın 16-dan yayımlanır. Əgər reklam silinməzsə, Rusiyadan Facebooka girişə qadağa qoyulacaq. Yeri gəlmişkən, Rusiya ərazisində tütün məmulatlarının reklamı qanunla qadağan olunub. Rusiyada Facebook sosial şəbəkəsi ilə bağlı əvvəllər də bu cür problemlər yaşanıb. Hələ 2013-cü ilin martında şəbəkədə vaxtaşırı rast gəlinən intihara təşəbbüs tipli yazılar səbəbindən Facebooka girişin qadağan olunması məsələsi ortaya çıxmışdı. Bundan sonra həmin yazılar şəbəkədən silinmişdi.

Rusiya parlamentinin qəbul etdiyi yeni qanuna əsasən cinsi, narkotik, intihar, radikal məzmunlu saytlar məhkəmə qərarı olmadan bağlana bilər.

Kəmalə YUSİBOVA

 





30.09.2013    çap et  çap et