525.Az

Maqas meri vəhşi heyvanların sirkdə nümayişini qadağan etdi


 

Maqas meri vəhşi heyvanların sirkdə nümayişini qadağan etdi<b style="color:red"></b>

İnquşetiya paytaxtı Maqas şəhərinin 38 yaşlı meri Beslan Seçoyev vəhşi heyvanların sirklərdə nümayiş etdirilməsini qadağan edib.

ONA TASS-a istinadla xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində bildirib.

“Vəhşi heyvanlardan bunun kimi tamaşalar heç bir vaxt Maqasda nümayiş etdirilməyəcək" – deyən Maqas meri vurğulayıb ki, sirklər heyvanları bütün normal şəraitdən məhrum edən ən qəddar istismar formasıdır.

O, əlavə edib ki, sirk heyvanları ləyaqət və təbii gözəllikdən məhrum edir, onları həbsxana məhbuslarına çevirir.

Qeyd edək ki, B.Seçoyev heyvanların müdafiəsi ilə bağlı fəaliyyətinə görə tanınan şəxslərdəndir.

 





12.05.2019    çap et  çap et