525.Az

"Günnüt zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı"


 

"Günnüt zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı"<b style="color:red"></b>

Naxçıvan qarnizonu qoşunlarında aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsindAə ayıq-sayıq dayanacaqlarına söz veriblər.

Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Elman Orucov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb.

Bildirilib ki, beş minillik tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ilində uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikanın iqtisadi inkişafından və müdafiə qüdrətindən xəbər verir:

"Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir".

Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

 





12.05.2019    çap et  çap et